“The Washington Times”: Trampın Nobel mükafatı: Azərbaycan ilə Ermənistan arasında sülh bütün tərəflərin maraqlarına cavab verir

“The Washington Times”: Trampın Nobel mükafatı: Azərbaycan ilə Ermənistan arasında sülh bütün tərəflərin maraqlarına cavab verir
24 2017 09:58

“The Washington Times” qəzetində "Caspian Group Holdings"in direktoru Rob Sobhaninin “Trampın Nobel mükafatı: Azərbaycan ilə Ermənistan arasında sülh bütün tərəflərin maraqlarına cavab verir” sərlövhəli məqaləsi dərc edilib. Müəllif məqalədə vəzifələrinin icrasına ötən həftə başlamış ABŞ-ın 45-ci Prezidenti Donald Trampı Dağlıq Qarabağ münaqişəsini nizamlamaq və Ermənistan ilə Azərbaycan arasında sülh yaratmaq üçün səylər göstərməyə çağırır.

R.Sobhani yazır ki, saziş imzalamaq təcrübəsindən istifadə etmək və Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etmək üçün Prezident Donald Trampa tarixi imkan yaranıb. 1991-ci ildə Ermənistan ilə Azərbaycan arasında irimiqyaslı müharibə başlayıb və 1994-cü ildə atəşkəs rejiminin bərqərar edilməsinə baxmayaraq, silahlı toqquşmalar hələ də davam edir. R.Sobhani vurğulayır ki, münaqişə zamanı bir milyondan çox azərbaycanlı doğma yurd-yuvasından didərgin salınıb və Azərbaycan ərazisinin 20 faizi Ermənistan qoşunlarının işğalı altındadır.

Ermənistan ilə Azərbaycan sülh şəraitində yaşamağa layiqdirlər və Prezident D. Tramp hər iki tərəf üçün məqbul diplomatik təşəbbüs vasitəsilə bu xalqlara sülhü bərqərar etmək imkanı bəxş edə bilər. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının uğuru bütün dünyaya onu da nümayiş etdirəcək ki, ABŞ qlobal sabitlik sahəsində tədbirləri dəstəkləməyə davam edir.

Qeyd etmək lazımdır ki, D.Tramp Böyük Yaxın Şərq regionunda Azərbaycan Prezidenti İlham Əliyev kimi etibarlı tərəfdaş tapa bilməz. İsrailin Baş naziri Binyamin Netanyahunun bu yaxınlarda Bakıya səfəri zamanı vurğuladığı kimi, Azərbaycan dünyada birmənalı şəkildə Vaşinqtonun diqqətinə layiq olan azsaylı müsəlman ölkələrindən biridir.

R.Sobhani daha sonra yazır ki, sülh yolu ilə nizamlanma planı çərçivəsində Ermənistan qoşunları Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bunun müqabilində Azərbaycan Ermənistan ərazisindən keçməklə, Avropaya ixrac qaz kəməri çəkəcək və Azərbaycanın Dağlıq Qarabağ regionunun ermənilərinə ən yüksək muxtariyyət verəcək. Müəllif yazır ki, bu plana görə, birgə barışıq və yenidənqurma fondu iki ölkə arasında infrastruktur layihələrə, məsələn, Ermənistan ərazisindən keçməklə, Bakıdan Naxçıvana yüksək sürətli sərnişin qatarı layihəsinə, habelə Ermənistanda köhnəlmiş Metsamor atom elektrik stansiyasını əvəzləyəcək təhlükəsiz və etibarlı atom elektrik stansiyasının tikintisi üçün ABŞ, Fransa və Rusiya arasında tərəfdaşlığın yaradılmasına sərmayə yatıra bilərdi. R.Sobhani sonda yazır ki, Prezident D.Tramp azad dünya ölkələri birliyinin lideri rolunda Ermənistan və Azərbaycana sülh bəxş etməyə və bununla da, layiq olduğu Nobel Sülh mükafatını almağa qadirdir.


17 Yan 2025
Siyasət

Kəmaləddin Heydərov Xızıda vətəndaşları qəbul edib

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 17 yanvar 2025-ci il tarixində Xızıda, Xızı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Xızı və Siyəzən sakinlərini qəbul edib.

17 Yan 2025
Siyasət

Patriarx Kirill Azərbaycan Prezidentinə başsağlığı verdi

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

17 Yan 2025
Siyasət

Kobaxidze İlham Əliyevi Gürcüstana dəvət edib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Prezidenti İlham Əliyevi Gürcüstana səfərə dəvət edib.

17 Yan 2025
Siyasət

Zaur Mikayılov Qubada vətəndaşları qəbul edib

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Quba Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında, Quba, Qusar və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

17 Yan 2025
Siyasət

Gürcüstanın Baş naziri: İlham Əliyev Azərbaycanı irəli aparan liderdir

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Prezidenti İlham Əliyevi ölkəni irəli aparan lider adlandırıb.