“The American Spectator” qəzeti ABŞ-Azərbaycan münasibətlərinin yaxşılaşacağından yazır

“The American Spectator” qəzeti ABŞ-Azərbaycan münasibətlərinin yaxşılaşacağından yazır
20 2017 08:59

“The American Spectator” qəzetində “Jewish News Service” nəşrinin sabiq redaktoru Ceykob Kamarasın “Donald Tramp ABŞ-Amerika münasibətlərini yenidən yaxşılaşdıra bilər” sərlövhəli məqaləsi dərc edilib. Məqalədə Obama administrasiyasının ABŞ-ın müttəfiqi kimi İsrail və Azərbaycanla bağlı uğursuz siyasətindən və yeni Prezident Donald Trampın administrasiyasında bu münasibətlərin yaxşılaşdırılmasından söz açılıb. İsraillə bağlı qeyri-adekvat hərəkətinə görə Barak Obama administrasiyasını təqsirləndirən müəllif yazır ki, ABŞ-ın səsvermədə bitərəf qalması BMT Təhlükəsizlik Şurasında İordaniyanın Qərb sahili ərazilərində yəhudi məskənlərinin yaradılmasını pisləyən 2334 nömrəli qətnamənin qəbul edilməsinə imkan verib. Lakin elə bu administrasiya son 8 ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməni məskənlərinin yaradılmasını bir dəfə belə pisləməyib. Dağlıq Qarabağ münaqişəsi 1980-ci illərdə başlayıb və SSRİ dağılandan sonra tammiqyaslı müharibəyə çevrilib. Müəllif yazır ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinin 20 faizi Ermənistanın işğalı altındadır.

Kamaras qeyd edir ki, keçən ilin oktyabr ayında ABŞ-ın dövlət katibi Con Kerri Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə “hazır deyil” deməklə Azərbaycan rəhbərliyini hiddətləndirib. Azərbaycan Prezidenti İlham Əliyev buna cavab olaraq bildirib ki, münaqişənin davam etməsində tərəflərin ikisini də ittiham edən dövlət katibi “Ermənistanın işğalçılıq siyasətinə aşkar dəstək” nümayiş etdirir.

Yeni seçilən Prezident Donald Tramp yanvarın 20-də səlahiyyətlərinin icrasına başlayanda ABŞ-ın Azərbaycanla bağlı siyasətində İsraildən nümunə götürə bilər və analoji siyasət həyata keçirər.

Daha sonra müəllif İsrail ilə Azərbaycan arasında sıx əlaqələrdən, bu yaxınlarda Baş nazir Benyamin Netanyahunun Bakıya səfərindən, hərbi və iqtisadi əməkdaşlıqdan, hər iki dövlətin yüksək vəzifəli şəxslərinin rəsmi səfərlərindən, o cümlədən müdafiə naziri Moşe Yaalonun 2014-cü ildə, xarici işlər naziri Aviqdor Libermanın 2012-ci ildə, Şimon Peresin 2009-cu ildə səfərindən yazır. Kamaras, həmçinin Azərbaycanda dağ yəhudiləri və aşkenaz-yəhudilərinin icmalarından və ölkədə antisemitizmin olmamasından söz açır. Donald Trampın prezidentliyi dövründə Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlərdən yazan müəllif yeni administrasiyanı ABŞ-ın xarici siyasəti üçün Azərbaycanın regionda əhəmiyyətini yaxşı öyrənməyə çağırır. ABŞ-ın lider mövqeyinin və dünyanın ABŞ-a etimadının bərpası üçün bu etimadı İsrail və Azərbaycan kimi vacib müttəfiqlərdə yenidən qazanmaq lazımdır.


26 Sent 2022
Siyasət

Prezident: “Azərbaycanla Rusiya arasında münasibətlər çox müsbət dinamikaya malikdir”

“Azərbaycanla Rusiya arasında münasibətlər çox müsbət dinamikaya malikdir”.

26 Sent 2022
Siyasət

Rusiya Dövlət Dumasının sədri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodinin rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib.

26 Sent 2022
Siyasət

İlham Əliyev: “Regionun 30 il ərzində olduğu ağır vəziyyətdən çıxmasının tərəfdarıyıq”

“Biz dəfələrlə bildirmişik ki, uzunmüddətli və davamlı sülhün, qonşularımızla bağlı bütün problemlərin həllinin və bu regionun 30 il ərzində olduğu ağır vəziyyətdən çıxmasının tərəfdarıyıq”.

26 Sent 2022
Siyasət

Prezident İlham Əliyev Rusiya Dövlət Dumasının Sədrini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının Sədri Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

26 Sent 2022
Siyasət

Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun genişləndirilməsi layihəsinin icrasına baxış keçirilib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrasına baxış keçirib.