“Sony” şirkəti ikinci “4K” smartfonunu təqdim edəcək

“Sony” şirkəti ikinci “4K” smartfonunu təqdim edəcək
28 2017 11:44

Yaponiyanın “Sony” şirkəti “MWC 2017” sərgisi çərçivəsində dünya ictimaiyyəti üçün ikinci “4K” formatlı smartfonun nümayişini planlaşdırır.

AZƏRTAC “DNI24” resursuna istinadən xəbər verir ki, “Sony Yoshino” smartfonu 3842x2160 piksel təsvir ölçülü 5,5 düymlü ekran, 6 giqabaytlıq operativ yaddaş, “Snapdragon 835” prosessoru və yaxşılaşdırılmış kamera modulu ilə təchiz ediləcək. Foto və videoçəkilişləri üçün istənilən şəraitdə yüksək keyfiyyətli foto və videomateriallar yaratmağa imkan verən “Sony IMX400” kamerası nəzərdə tutulub.

“Sony” qabaqcıl smartfonla kifayətlənməyərək “Mineo”, “Hinoki”, “Keyaki” və “BlancBright” adlı daha dörd model hazırlamaq qərarına gəlib. Sonuncu model “Sony Yoshino” ilə oxşar platforma ilə işləyərək "QuadHD” displeyindən (2560x1440 piksel) istifadə edəcək. Üç əsas modeldə “MediaTek” çipinin quraşdırılması planlaşdırılır.

Xatırladaq ki, “Sony” ilk "Xperia Z5 Premium” “4K” smartfonunu 2016-cı ildə nümayiş etdirib. Lakin “Snapdragon 810” prosessorunun zəif olmasına görə, smartfon tez-tez vəzifəsinin öhdəsindən gələ bilməyib, eləcə də yüksək təsvir ölçülü ağır proqram və oyunların sərbəst işini təmin etməyib.

11 Sent 2026
Dünya

İndoneziyada güclü zəlzələ oldu

İndoneziyanın Maluku şəhərində 6,2 bal gücündə zəlzələ baş verib.

11 Sent 2026
Dünya

Qazaxıstan Avroviziya mahnı müsabiqəsinə buraxılmadı

Avropa Yayım Birliyi (EBU) Qazaxıstanın “Xabar” agentliyinin tamhüquqlu üzvlük üçün müraciətini rədd edib. Bu üzvlük ölkəyə “Avroviziya-2027” mahnı müsabiqəsində ümumi qaydalar əsasında iştirak etmək imkanı verə bilərdi.

10 Sent 2026
Dünya

Çində gəmi yanğını faciəsi: Ölənlərin sayı 25-ə yüksəldi - VİDEO

ÇXR-də təmirdə olan xarici gəmidə baş verən yanğın nəticəsində 25 nəfər həyatını itirib.

10 Sent 2026
Dünya

Peruda zəlzələ baş verib

Perunun şimal-qərbində 5.4 bal gücündə zəlzələ baş verib.

10 Sent 2026
Dünya

Nepalda ölənlərin sayı 1374-ə çatdı

Nepalın Çinlə sərhəd ərazisində baş verən güclü torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 1374 nəfərə çatıb.