“Samsung Galaxy S8” ödənişlər üçün üzün tanınması texnologiyasına malik olacaq

“Samsung Galaxy S8” ödənişlər üçün üzün tanınması texnologiyasına malik olacaq
18 2017 14:50

Yeni “Samsung Galaxy S8” smartfonu ödənişlərin təsdiqi üçün insan sifətinin tanınması texnologiyası ilə təchiz ediləcək. Bu barədə “Bloomberg” agentliyi şəxsi mənbələrə istinadən məlumat verib.

AZƏRTAC “Payspace Magazine” resursuna istinadən xəbər verir ki, məlumata görə, yeni model, həmçinin uyğunlaşdırılmış barmaq izi, gözün qüzehli qişası və üzün tanınması texnologiyalarına malik olacaq.

Bildirilir ki, sifətin tanınması texnologiyasından proqramlara, o cümlədən “Samsung Pay” əlavəsinə daxil olmaq üçün istifadə mümkün olacaq. Bundan başqa, “Samsung” şirkəti smartfonlarında digər banklara məxsus proqramları da texnologiya ilə təchiz etmək üçün onlarla danışıqlar aparır.

Qeyd edək ki, “Galaxy” seriyasından olan əvvəlki smartfonlar bu texnologiyaya malik olsalar da, qurğunun blokdan çıxarılması funksiyasını daşıyıb. “Samsung Galaxy S8” isə şirkətin texnologiyadan ödənişlər üçün istifadəyə imkan verən ilk qurğusu olacaq.


11 Apr 2026
Dünya

Çad 1,3 milyon sudanlı qaçqına ev sahibliyi edir

Sudanda döyüşlər davam etdiyi üçün Çad hazırda 1,3 milyon sudanlı qaçqına ev sahibliyi edir.

11 Apr 2026
Dünya

Əmtəə bazarlarında qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb.

11 Apr 2026
Dünya

Rusiya FHN: Dağıstanda 760-dan çox ev su altındadır

Dağıstanın (Rusiya) doqquz yaşayış məntəqəsində 760-dan çox ev su altındadır.

11 Apr 2026
Dünya

Avropada qazın qiyməti aşağı düşüb

Avropada qazın dəyəri 5 faiz azalma göstərib.

11 Apr 2026
Dünya

Həftəlik göstəricilər: Dollar sabit, digər valyutalar yüksəlişdə

Manatın ABŞ dollarına nisbətdə məzənnəsi bu həftə dəyişməz qalıb.