SOCAR-ın neft və neft məhsullarının satışı ilə məşğul olan “SOCAR Trading” şirkəti Maltaya çatdırılan ilk mayeləşdirilmiş təbii qaz (liquefied natural gas-LNG) partiyasını təhvil verib.
AZƏRTAC “naturalgasworld.com”a istinadla xəbər verir ki, “SOCAR Trading” şirkətinin 33 faiz səhmə malik olduğu “Electrogas Malta” konsorsiumu hazırda təbii qazla işləyən 200 meqavat gücündə olan buxar-qaz turbininin (CCGT), həmçinin, mayeləşdirilmiş təbii qaz üçün qəbul, saxlama və qazlaşdırma qurğularının tikintisini aparır. Təbii qaz təkrar qazlaşdırma qurğusu vasitəsilə təchiz edilir. “SOCAR Trading” proses üçün tələb olunan LNG-ni və avadanlığı təmin edib. Bu qurğu LNG-ni körpüyə birləşdirilmiş üzən anbar qurğusu (FSU Floating storage unit) vasitəsilə qəbul edib. Qazlaşdırma qurğusu elektrik stansiyasının cənub hissəsində, körpü isə eyni qurğunun cənub-qərbində yerləşir. 18 illik icarə əsasında “SOCAR Trading” tərəfindən təchiz edilən FSU, Malta, Delimarada doka daxil edilib, tutumu 125 min kubmetr həcmindədir.
Xatırladaq ki, “SOCAR Trading” Maltaya ilk LNG partiyasını “Galea” tanker ilə yanvarın 11-də çatdırıb.
Qeyd edək ki, mərkəzi ofisi Cenevrədə yerləşən “SOCAR Trading” Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neft və digər məhsulların bazarlarda satışını təşkil etmək üçün 2007-ci ilin dekabrında təsis olunub. SOCAR–ın İsveçrədəki fəaliyyəti “SOCAR Trading” tərəfindən həyata keçirilir və şirkət bu ölkədə neft məhsullarının satışı bazarında fəal iştirak edir.
“Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dinamikasında müsbət meyillər davam edir”.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət" mərkəzlərində dəyişdirə biləcəklər.
Özbəkistan Baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri Cəmşid Xocayev Azərbaycanda səfəri çərçivəsində Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin rəhbərliyi ilə görüşlər keçirib.