Yanvarın 19-da “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində tikilən İranın ən iri dəmir yolu körpüsü istismara hazır olacaq.
AZƏRTAC “Financial Tribune” saytına istinadla xəbər verir ki, bu barədə İranın yol və şəhərsalma nazirinin müavini Xeyirullah Xadəmi deyib.
Onun sözlərinə görə, körpünün tikintisi iki həftəyə yekunlaşacaq. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində İran istiqamətində Astara (Azərbaycan)-Astara (İran)- Rəşt-Qəzvin dəmir yolu xəttinin bir hissəsi olan bu körpü yanvarın 19-da istismara hazır olacaq.
Yerli mütəxəssislər tərəfindən icra edilən layihə barədə məlumat verən X.Xadəmi söyləyib ki, 1,43 kilometr uzunluğunda olan körpü İranın Gilan vilayətində yerləşən Məncil şəhərində Səfidrud çayının sahillərini birləşdirəcək. Bu körpü son inşaat mərhələsində olan Qəzvin-Rəşt dəmir yolunun da bir hissəsidir.
Hesablamalara görə, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi istismara veriləndən sonra Azərbaycan ilə İran arasında mövcud 600 min ton ticarət dövriyyəsi ildə 5 milyon tona (ildə 500 milyon dollar) yüksələcək.
“SOCAR Petroleum” QSC Şuşanı yanacaqla təmin edib.
Azərbaycanda külçə, sikkə və ya qranul şəklində qızılın və gümüşün satışı vergidən azad olunacaq.
Bakıdan Gürcüstan sərhədinədək 503 km məsafəni əhatə edən magistralın Bakıdan Gəncə şəhərinədək olan hissəsinin müxtəlif illərdə I texniki dərəcəyə təkmilləşdirilməsi işləri yekunlaşdırılıb. Hazırda isə magistral yolun 130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin dörd hərəkət zolağına genişləndirilməsi layihəsinin icrası uğurla davam etdirilir.
İkinci Qarabağ müharibəsində iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə psixoloji dəstək məqsədi ilə yaradılan komissiyanın ilk iclası keçirilib.
Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində axtarış-xilasetmə əməliyyatının davam etdirilməsi üçün Xüsusi Riskli Xilasetmə Xidmətinin 228 nəfər şəxsi heyəti iştirak edir.