“Donbas onlara lazım deyil. Ukraynanln Kremlin təsirinin zonasına qayıdışı Rusiya hökumətinin əsas məqsədidir”.
Publika.az xəbər verir ki, bunu Ukraynanln xarici işlər naziri Pavel Klimkin Liqa.net saytına müsahibəsində deyib.
Xarici İşlər Nazirliyinin başçısı əmindir ki, Rusiya bütün istiqamətlərdə Ukraynaya qarşı müharibəni davam etdirəcək.
“Sakitlik dövrləri ola bilər. Amma həmin vaxt Rusiya başqa metodlardan istifadə etməyə çalışacaq. Mən daxili destabilizasiyanı nəzərdə tuturam. Rusiyanın əsas məqsədi dəyişməyəcək”, – Klimkin qeyd edib.
Hindistan Çinab çayı bəndinin şlüzlərini açaraq, suyun yenidən Pakistana axmasına imkan verib.