“Renaissance Development” “MDB-nin biznes lideri” nişanına layiq görülüb

“Renaissance Development” “MDB-nin biznes lideri” nişanına layiq görülüb
25 2017 09:48

Moskvada MDB-yə üzv olan dövlətlərin “MDB - gələcəyə baxış” adlı Beynəlxalq İqtisadi Forumu keçirilib. Forum MDB İcraiyyə Komitəsinin və “VTB Bank”ın dəstəyi ilə MDB İqtisadi İnkişaf İşgüzar Mərkəzi tərəfindən təşkil olunub.

Forumun işində MDB-yə üzv olan dövlətlərin baş nazirlərinin müavinləri, nazirlər, iqtisadi inkişaf, maliyyə, kənd təsərrüfatı və ərzaq, sənaye və ticarət, nəqliyyat, təhsil nazirliklərinin rəhbər işçiləri, Birliyin dövlət hakimiyyət orqanlarının, ticarət-sənaye palatalarının, sahə birliklərinin və bank təşkilatlarının nümayəndələri, Avrasiya İqtisadi İttifaqının, Şanxay Əməkdaşlıq Təşkilatının nümayəndələri, habelə MDB-dən və uzaq xaricdən olan sahibkarlar iştirak ediblər.

Beynəlxalq Forum MDB İqtisadi Şurasının növbəti iclası ilə eyni vaxtda keçirilib. Rusiya Federasiyasının MDB-də sədrliyi ilində Forumun əsas vəzifələrinə aktual iqtisadi problemlərin müzakirəsi, onların həlli yollarının birgə axtarışı, Birlik çərçivəsində gələcək iqtisadi inteqrasiyaya dəstək məsələləri daxildir. MDB İcraiyyə Komitəsinin sədri - icraçı katib Sergey Lebedevin rəhbərliyi ilə Forumda plenar diskussiya keçirilib.

Forum çərçivəsində, həmçinin kontakt-kooperasiya birjası, eləcə də Forum iştirakçılarının layihələrindən ibarət “İmkanların təqdimatı” sərgisi də açılıb. Plenar iclasda MDB ölkələrinin biznes liderlərinin mükafatlandırılması mərasimi keçirilib. Seçilən şirkətlər arasında “Renaissance Development” də olub. Bu şirkət MDB-yə üzv dövlətlərin inteqrasiyasının inkişafına verdiyi töhfəyə görə “MDB-nin biznes lideri” nişanına layiq görülüb.

Şirkətin mükafatı “Renaissance Development”in baş direktorunun müavini, gənc sahibkar Seymur Məmmədova təqdim edilib.

Türkiyənin “Renaissance Construction” şirkətlər qrupuna daxil olan “Renaissance Development” bütün ölkədə, o cümlədən Moskvada, Sankt-Peterburqda və regionlarda kommersiya daşınmaz əmlakı sahəsində investisiya şirkətidir. “Renaissance Development” tikinti üçün ərazilər, ofis, işgüzar və ticarət mərkəzlərinin layihələndirilməsi, tikintisi, maliyyə və idarə edilməsi sahələri üzrə ixtisaslaşıb.

Hazırda “Renaissance Development” Rusiyada kommersiya daşınmaz əmlakının ən böyük sahibkarlarından biridir. Şirkətin mülkiyyətinə 7 biznes mərkəzi, habelə çoxfunksiyalı komplekslər, eləcə də tikinti və layihə prosesində olan 3 biznes mərkəzi daxildir.


24 İyul 2024
Cəmiyyət

Sabahın hava proqnozu AÇIQLANIB - 25.07.2024

Ölkə ərazisində iyulun 25-də gözlənilən hava şəraiti açıqlanıb.

20 İyul 2024
Cəmiyyət

II və III qrupların imtahan nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə 7 iyul 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

15 İyul 2024
Cəmiyyət

Sabah ölkənin bəzi ərazilərində 40 dərəcəyədək isti olacaq

Ölkə ərazisində iyulun 16-da gözlənilən hava şəraiti açıqlanıb.

15 İyul 2024
Cəmiyyət

Bu gün Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin doğum günüdür

Bu gün Vətən müharibəsinin şəhidi, "Vətən yaxşıdır" mahnısı ilə könüllərdə taxt quran Xudayar Yusifzadənin doğum günüdür.

15 İyul 2024
Cəmiyyət

Bakının hansı küçələrində sıxlıq var? - 15.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.