“Qualcomm” şirkəti dünyada ilk 10 nanometrlik server prosessorunu nümayiş etdirib

“Qualcomm” şirkəti dünyada ilk 10 nanometrlik server prosessorunu nümayiş etdirib
10 Dek 2016 14:22

“Qualcomm Datacenter Technologies” dünyada ilk 10 nm-lik server prosessorunu nümayiş etdirib. “Qualcomm Centriq 2400” seriyasının çipsetlərində “FinFET” texnologiyası üzrə 10 nm-lik texnoloji prosesin tətbiqi ilə yaradılmış 48 xüsusi “ARMv8” nüvəsindən istifadə olunur. Bu, məlumatların işlənməsi mərkəzlərində ən geniş yayılmış məsələlərin optimal həlli üçün yüksək məhsuldarlığı və enerji səmərəliliyini təmin edir.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, "Centriq 2400 seriyasının prosessorları məhsuldar, enerji səmərəli “ARM” serverlər konsepsiyasını reallaşdırmağa imkan verəcək. Ən yeni smartfonlar üçün aşağı enerji sərfiyyatında yüksək məhsuldarlığı təmin edən qabaqcıl inteqral sxem texnologiyaları “Qualcomm” şirkətinin diqqət mərkəzindədir, biz mobil qurğular üçün ilk 10 nm-lik prosessor istehsal etmişik və “ARM” prosessorları və birkristallı sistemlərin planlaşdırılmasında öz təcrübəmizdən istifadə edərək indi “Qualcomm Centriq” server prosessorlar xətti ilə məlumatların işlənməsi mərkəzləri üçün ən qabaqcıl həlləri təqdim etməyi planlaşdırırıq" – “Qualcomm Datacenter Technologies”in baş meneceri və baş vitse-prezidenti Anand Çandrasekxer deyib.

18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.