“Qarabağ” “Beşiktaş”la qarşılaşacaq

“Qarabağ” “Beşiktaş”la qarşılaşacaq
13 Dek 2016 17:20

Türkiyənin “Beşiktaş” klubunun Azərbaycanda yoldaşlıq oyunu keçirəcəyi rəqib müəyyənləşib.

REALPRESS.Az Qol.az saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Qarabağ”la qarşılaşacaq. 

Bu haqda Ağdam klubunun direktoru Əmrah Çəlikəl məlumat verib.

Onun sözlərinə görə, hələlik oyunun keçiriləcəyi tarix dəqiqləşməyib: 

“Bu günlərdə danışıqlar üçün “Beşiktaş” klubunun idarə heyətinin üzvü Gökhan Sarı və klubun daha bir rəsmi nümayəndəsi Umut Kutlu Azərbaycana gələcək. Onunla görüşümüz olacaq. Bundan sonra da matçın vaxtı müəyyənləşəcək”.

Klub rəsmisi “Qarabağ”la yoldaşlıq oyunu təklifinin “Beşiktaş”dan gəldiyini də bildirib. 


1 İyun 2023
İdman

Dünya çempionatı: Azərbaycanın daha bir taekvondoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha bir taekvondoçusu Bakıda keçirilən dünya çempionatında mübarizəyə başlayır.

31 May 2023
İdman

Minifutbol üzrə ölkə çempionatının finalçıları müəyyənləşib

Minifutbol üzrə ölkə çempionatında yarımfinal görüşləri başa çatıb.

31 May 2023
İdman

Azərbaycan Basketbol Liqasının qalibi bəlli oldu

Azərbaycan Basketbol Liqasında final seriyasının sonuncu - beşinci oyunu keçirilib.

26 May 2023
İdman

Boksçumuz Polşada bürünc medal qazandı

Polşanın Pultusk şəhərində boks üzrə beynəlxalq turnirdə yarımfinal mərhələsinin görüşləri keçirilib.