“PwC Azərbaycan” yanvarın 10-da Vergi Məcəlləsinə 2017-ci ildən qüvvəyə minmiş dəyişikliklər mövzusunda seminar keçirib. PwC şirkətinin vergi və hüquq mütəxəssislərinin keçirdiyi seminarda 100-dən çox biznes və media nümayəndəsi iştirak edib. Seminardan sonra media nümayəndələri üçün mətbuat konfransı keçirilib.
Bu barədə şirkətdən Oxu.Az-a bildirilib.
Vergi Məcəlləsinə son bir neçə il ərzində edilmiş dəyişikliklər ilə müqayisədə 2017-ci ildən qüvvəyə minmiş dəyişikliklər Azərbaycanın vergi qanunvericiliyinin beynəlxalq vergi prinsiplərinə daha çox uyğunlaşdırılması baxımından xüsusi diqqət çəkir.
“PwC Azərbaycan”ın Vergi və Hüquq Məsələləri üzrə Partnyoru Maykl Ahern bildirmişdir ki: “Bir çox digər ölkələrdə olduğu kimi qlobal iqtisadi böhran, eləcə də neftin qiymətinin aşağı olması Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməmişdir.
Azərbaycan dövləti vergi gəlirlərinin həcminin böhrandan əvvəlki səviyyəyə yüksəldilməsi üçün səylərini davam etdirir. Transfer qiymət, vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi və vergi amnistiyası daha şəffaf və əməkdaşlığa əsaslanan vergi mühitinə doğru atılmış böyük bir addım hesab olunmalıdır”.
Azərbaycanda öz əksini tapan üç qlobal tendensiyaya transfer qiymət,vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi tətbiqini nümunə göstərmək olar.
“PwC Azərbaycan”ın Vergi Məsələləri üzrə direktoru Arif Quliyev bildirmişdir ki: “Qəbul edilmiş dəyişikliklər vergi qanunvericiliyinin təkmilləşdirilməsinin ikinci mərhələsi-yeni müddəaların praktiki tətbiqi, hesabatlılıq və vergilərin hesablanması metodologiyasına dair ətraflı qaydaların qəbul edilməsi üçün konseptual mexanizm və əsaslar yaradır. Eyni zamanda, qəbul ediləcək bu qaydaların təfərrüatlarına xüsusi diqqət yetirilməlidir”.
Qloballaşan dünyada Azərbaycan vergi qanunvericiliyini modernləşdirməklə, digər ölkələrin vergi orqanları ilə əməkdaşlıq etməklə, eləcə də İƏİT və BMT kimi beynəlxalq təşkilatların dəstək və təşəbbüslərindən istifadə etməklə öz vergi bazasını qoruyacaq.
Vergi strukturlaşdırılması ilə bağlı daha məhdudlaşdırıcı qanunvericilik 2017-ci ildə edilmiş dəyişikliklərdə öz əksini tapıb.
“Bizim məqsədimiz müştərilərin biznesinin vergi qanunvericiliyi çərçivəsi daxilində effektiv strukturlaşdırılmasını təmin etməkdir. İlk baxışdan çətin görünsə də, iqtisadi mahiyyətə əsaslanaraq buna nail olmaq olar”, - deyə PwC Azərbaycanın Vergi xidmətləri üzrə Baş Meneceri Rizvan Qubiyev qeyd etmişdir.
Qeyd edək ki, PwC-nin əsas məqsədi cəmiyyətdə etimad yaratmaq və mühüm problemləri həll etməkdir.
Biz bu məqsədə müxtəlif sahələr üzrə audit, vergi, hüquq və məsləhət xidmətləri göstərməklə nail oluruq.
PwC-nin Bakı ofisində 6 ölkədən 130-dan artıq mütəxəssisimiz yeni perspektivlərin yaradılması və müştərilərə praktiki mәslәhәtlәrin verilməsi üçün öz bilik, təcrübə və fikirlərini bölüşür.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb.
Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.
“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.
Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.