“Rusiya prezidenti Vladimir Putin 2024-cü ilə qədər – növbəti prezident müddətinin bitməsindən əvvəl öz postundan getməyi düşünür”.
Bu haqda sabiq oliqarx, Rusiya müxalifətçisi Mixail Xodorkovski “Süddeutsche Zeitung” nəşrinə müsahibəsində deyib.
“Məndə belə təəssürat var ki, Putin 2024-cü ilə qədər öz istefasını fikirləşir”, - Xodorkovski bildirib.
Sabiq oliqarx qeyd edib ki, istefadan sonra Rusiyada heç kim Putinin təhlükəsizliyinə zəmanət verə bilmir: “Bunda problem var. Buna görə də onun üçün hansısa model hazırlanmalıdır. Buna isə illər lazımdır və bu model yalnız Qərbin vasitəsi ilə işləyə bilər”.
Daha əvvəl Xodorkovski bildirib ki, ABŞ prezidenti Donald Tramp Putini Ukraynaya əvəz olaraq hakimiyyəti verməyə inandıra bilər.
İtaliya Po çayı ətrafındakı bölgələrdə son 70 ilin ən pis quraqlığına görə fövqəladə vəziyyət elan edib.
“Bu gün Ukraynanın müharibə nəticəsində infrastruktur itkiləri 100 milyard dollardan artıqdır”.
Türkiyənin cənub-şərqində "Eren Abluka" əməliyyatının növbəti mərhələsi çərçivəsində PKK-nın iki terrorçusu zərərsizləşdirilib.