“Petkim PetroKimya Holding A.Ş.” Türkiyənin Egey bölgəsinin İxracatçı Birlikləri təşkilatının iki mükafatına layiq görülüb.
AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, regionun ən böyük ixracatçısı olan, Türkiyənin ilk və yeganə neft-kimya müəssisəsi “Petkim” “Egey bölgəsinin ən çox ixrac həyata keçirən şirkəti” və “Kimya sektorunun ən çox ixrac həyata keçirən birinci şirkəti” mükafatlarını alıb. “Petkim” birinci mükafatı 2016-cı ildə həyata keçirdiyi 438 milyon dollarlıq ixraca görə, ikinci mükafatı isə Egey İxracatçı Birlikləri üzvlərinin qiymətləndirməsi əsasında qazanıb.
Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi mükafatları “Petkim” neft-kimya holdinqinin icraçı direktoru Anar Məmmədova təqdim edib.
A.Məmmədov deyib ki, “Petkim” neft-kimya kompleksində 60 növdə məhsul istehsal edilir, bu məhsullar 50-dən çox ölkəyə ixrac olunur.
Qeyd edək ki, SOCAR “Petkim”i 2008-ci ildə 2,5 milyard dollara alıb. SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) adı ilə davam etdirir. STEAŞ “Petkim”də təxminən 52,32 faizlik səhmə sahibdir.
“Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dinamikasında müsbət meyillər davam edir”.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət" mərkəzlərində dəyişdirə biləcəklər.
Özbəkistan Baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri Cəmşid Xocayev Azərbaycanda səfəri çərçivəsində Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin rəhbərliyi ilə görüşlər keçirib.