“Ölüm qrupu” məktəbliyə anasına hücum etməyi tapşırıb

“Ölüm qrupu” məktəbliyə anasına hücum etməyi tapşırıb
21 2017 21:50

Moskva polisi “Vkontakte” sosial şəbəkəsində 13 yaşlı məktəbliyə öz anasına hücum etməyi tapşıran “ölüm qrupu”nun administratorları barədə məlumatı yoxlayır.

Realpress.Az xəbər verir ki, bu barədə martın 20-də “Moskva” şəhər xəbərləri agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, polisə müraciət edən qadın bildirib ki, oğlunun “göy balina” qurupundakı yazışmasını oxuyub. Orada bir neçə tapşırıq sadalanıb ki, onlardan biri də “öz anasını bıçaqlamaq” olub. 

“Bundan əlavə cari ilin fevral ayının əvvəlində qadın oğlunun qollarında kəsiklər görüb. Vətəndaş həmçinin qeyd edib ki, mənzilə daima naməlum şəxslər zəng edirlər və susurlar”, - nəşrin sözçüsü deyib.

Agentliyin məlumatına görə, oğlanın anası McDonald's restoranlar şəbəkəsinin işçisidir və Bolşaya Ordınka küçəsində yaşayır. Qadının oğlu kadet məktəbində yeddinci sinifdə oxuyur.


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.