Britaniyanın “NitroQ” şirkəti tərəfindən təqdim edilmiş 5000 milliamper/saat tutumunda yığcam akkumulyator smartfonun şarjını 7 dəqiqə ərzində doldurmaq qabiliyyətinə malikdir. Mütəxəssislər bildirirlər ki, “NitroQ” akkumulyatorunun enerji ilə doldurulmasına ən çoxu 15 dəqiqə vaxt tələb olunur. Şirkətin əməkdaşlarının iddiasına görə, başqa istehsalçıların analoji qurğuları ilə müqayisəyə yeni cihaz 10 dəfə daha səmərəlidir. Bu həftə yığcam enerji doldurma qurğusunun layihəsi “Indiegogo” platformasında yerləşdirilib.
AZƏRTAC “4pda.ru” saytına istinadən xəbər verir ki, “NitroQ” yüngül alüminium korpusla təchiz edilib və işıq diodu işıqlandırmasına malikdir. Qurğunun ölçüsü 101.6x76.2x11.9 millimetr, çəkisi 196 qramdır.
İlkin sifariş zamanı yeni cihazın dəyəri 59 dollardır. “NitroQ” akkumulyatorlarının ilk tədarükü artıq cari ilin avqustunda başlanılacaq.
Uzun illər boyu regionların inkişafı və abadlaşdırılması sənayeləşmə və aqrar sektorun inkişafı ilə bağlı idi. Ötən yüzillik inkişaf istiqamətlərinin siyahısına xidmət sahəsini, xüsusilə turizm sektorunu da əlavə etdi. Bu üç istiqamət uzun müddətdir ki, regionların inkişaf etdirilməsində ideal vasitələr kimi qəbul olunurdu. Lakin, son illərdə müasir cəmiyyət rəqəmsal texnologiyaların təsiri altında sürətlə dəyişir və bu tamamilə yeni reallıqlar formalaşdırır.
Milyonlarla istifadəçisi olan “WhatsApp” messenceri vasitəsilə yeni virus yayılır.
Smartfonun köməyi ilə uzaqdan, distant şəkildə kompyuteri açmaq və söndürmək mümkündür. Bunun müxtəlif yolları var.