SOCAR-ın “Azneft” İstehsalat Birliyinin (İB) sifarişi ilə “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında “Neft Daşları” yatağındakı 2585 nömrəli stasionar dəniz özülündə əlavə on quyunun qazılması üçün yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, layihənin baş podratçısı “Neftqaztikinti” Trestidir. Dənizin 44 metr dərinliyində yerləşən özüldə yeni monifold bloklar yığılacaq, nəql xətləri texnoloji sxemə birləşdiriləcək, qazma avadanlıqlarının yerləşdirilməsi üçün müvafiq konstruksiyalar quraşdırılacaq. Korroziyaya qarşı mühafizə tədbirləri bütün müasir norma və tələblərə uyğun şəkildə təmin ediləcək. Yeni qazılacaq quyuların hər birindən sutkada 20 ton neft və 4 min 500 kubmetr qaz hasil olunacağı proqnozlaşdırılır.
Hazırda 2585 nömrəli özüldə 16 quyu istismar edilir. Yeni obyektin ilin sonuna qədər istismara verilməsi nəzərdə tutulur.
“Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dinamikasında müsbət meyillər davam edir”.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət" mərkəzlərində dəyişdirə biləcəklər.
Özbəkistan Baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri Cəmşid Xocayev Azərbaycanda səfəri çərçivəsində Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin rəhbərliyi ilə görüşlər keçirib.