“Naxçıvan” Universitetində bu ali təhsil ocağının professor-müəllim heyətinin 2016-cı ildə yerinə yetirdikləri elmi-tədqiqat işlərinin yekunlarına həsr edilmiş elmi-praktik konfrans olub.
AZƏRTAC xəbər verir ki, konfransın plenar iclasını universitetin rektoru, professor İsmayıl Əliyev açaraq, son illərdə ali təhsil ocağında həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, təhsilin keyfiyyətində əldə olunmuş nailiyyətlərlə yanaşı, “Naxçıvan” Universitetində elm sahəsində də müsbət dəyişikliklər baş verib. Belə ki, son dövrlərdə elmi-tədqiqat işlərinin aktuallığına, yeniliyinə, praktik əhəmiyyətinə xüsusi önəm verilib, onların nəticələri tədris prosesində geniş tətbiq olunub.
Bildirilib ki, elmi-texniki potensialın, tədqiqatçıların təkrar istehsalını təmin edən elm və təhsil strukturlarının bir-biri ilə qarşılıqlı əlaqəsi, təhsilin elmlə sintezi olmadan müasir təhsil inkişaf edə bilməz. Bu proses, eyni zamanda, ali məktəblərin pedaqoji potensialını inkişaf etdirməyə, tədris proqram və kursların məzmununu, təhsil texnologiyalarını və metodlarını yeniləşdirməyə imkan verir.
Sonra universitetin iqtisadiyyat kafedrasının dosenti Əli Cabbarovun “Turizm marşrutları və turizm xidmətlərində onların əhəmiyyəti”, xarici dillər kafedrasının müdiri Anara Nəsirlinin “İngilis ədəbiyyatında XIX əsr ədəbiyyatının mahiyyəti və əhatə etdiyi dövrlər tədqiqat obyekti kimi”, professor Sədaqət Həsənovanın “Əbülfəz Muxtaroğlunun dil, üslub xüsusiyyətləri” mövzularında məruzələri dinlənilib.
Konfrans işini “Riyaziyyat və informatika”, “Xarici dillər”, “İdarəetmə”, “Təbiət elmləri”, “İqtisadiyyat”, “Pedaqogika və psixologiya”, “Ümumi tarix”, “Azərbaycan dili və ədəbiyyat” bölmələri üzrə davam etdirib.
“Əgər şərait bizə imkan verərsə, qəbul imtahanlarını iki dəfə keçirə bilərik. Bizə müəyyən vaxtda həm buraxılış, həm də qəbul imtahanlarının keçirilməsi tapşırılarsa, o zaman ikinci imtahanlar olmayacaq”.
“Yeni imtahanların qrafiki tərtib olunan zaman proqramları Təhsil Nazirliyi ilə razılaşdıracağıq”.
Tədris prosesinin dayandırıldığı müddətdə tələbə və şagirdlərə tədris proqramlarının mənimsənilməsi imkanlarının təmin edilməsi məqsədilə nazirlik tərəfindən bir sıra təxirəsalınmaz tədbirlər görülüb.