“NOVCO” şirkətlər qrupu da Bakı Şopinq Festivalının iştirakçısı oldu

“NOVCO” şirkətlər qrupu da Bakı Şopinq Festivalının iştirakçısı oldu
12 2017 10:15

Dünyaca məşhur Amerika, Britaniya, İspaniya, Fransa və digər dünya brendlərini Azərbaycan alıcılarına daha yaxın edən və ölkənin pərakəndə satış bazarının liderlərindən olan “NOVCO” şirkətlər qrupu Bakı Şopinq Festivalına qoşulub. Beləliklə, şirkətə daxil olan 50-dək mağaza festivalda iştirak edəcək.

Azərbaycan Konqreslər Bürosundan AZƏRTAC-a bildirilib ki, şəhərimizə gələn turistlər və yerli sakinlər “NOVCO” şirkətlər qrupuna daxil olan “United Colors of Benetton”, “Sisley”, “Hackett”, “Six”, “Accessorize”, “Monnalisa”, “Adidas”, “Coast”, “Liu Jo”, “Bebe”, “Pablosky”, “Coccinele”, “ADL”, “Monsoon”, “BCBGMAXAZRIA”, “Tara Jarmon”, “Pylones”, “OVS”, “Juicy couture”, “Tommy”, “İ am”, “Benetton”, “Pimkie”, “Lacoste”, “I am Bravo” mağazalarında bütün yeni kolleksiyaya 10 faiz endirim, seçilmiş məhsullara isə 30 faiz endirim alıcılara təqdim olunacaq. Üstəlik 100 AZN və daha artıq alış-veriş etdikdə ödədikləri məbləğin ƏDV-ni geri ala biləcəklər.

Bakı Şopinq Festivalı çərçivəsində şirkət hər həftə keçirəcəyi yeni–yeni aksiyalarla alıcıları sevindirəcək.

Bundan əlavə, “NOVCO” şirkətlər qrupuna daxil olan “Second Cup” və “Bagel Bar” kafeləri də Bakı Şopinq Festivala qoşulub. Müştərilər burada da 100 AZN və daha artıq alış-veriş etdikdə ödədikləri məbləğin ƏDV-ni geri ala biləcəklər.

Festivala qoşulmuş mağazalar xarici turistlərə və Azərbaycan vətəndaşlarına sərfəli şərtlərlə öz mallarını təklif edəcəklər. Bakı Şopinq Festivalı çərçivəsində alıcılar “Baku Shopping Festival – Tax Free” stikerini gördükləri mağazalarda festival zamanı aldıqları malların əlavə dəyər vergisini (ƏDV) geri ala biləcəklər.

Festivala qoşulan mağazaların sayı hər gün artmaqdadır. Qeydiyyatdan keçmiş və hər gün əlavə olunan yeni mağazaların ümumi siyahısı ilə http://bakushopfest.com/ru/istirakcilarin-siyahisi/  linkində tanış olmaq olar. Həmin mağazalar mayın 10-dək müştərilərə endirim və güzəştlər təqdim edəcəklər.

Sevdiyiniz, bəyəndiyiniz malları sərfəli qiymətlərlə əldə edib üstəlik ƏDV vergisini də geri almaq istəyirsinizsə, Bakı Şopinq Festivalı boyu iştirakçı mağazalarda alış-veriş etməyə tələsin.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.