“Molla Nəsrəddin” jurnalı və ədəbi məktəbi alman elmi ictimaiyyətinin diqqətini bir daha cəlb etdi

“Molla Nəsrəddin” jurnalı və ədəbi məktəbi alman elmi ictimaiyyətinin diqqətini bir daha cəlb etdi
30 2017 09:54

Berlin Humboldt Universitetində keçirilən Azərbaycana dair növbəti tədbir “Molla Nəsrəddin” jurnalına və onun təmsil etdiyi ədəbi məktəbin tədqiqinə həsr olunmuşdu. 2010-cu ildən bəri həmin universitetdə fəaliyyət göstərən Azərbaycan tarixi kafedrasının təşkil etdiyi kollokviumda Halle Universitetindən xüsusi dəvət edilən professor Volker Adam sözügedən mövzuda geniş məruzə ilə çıxış edib. Sonra məruzə ətrafında müzakirələr aparılıb.

Məruzəçi diqqətini əsasən mollanəsrəddinçilik ədəbi cərəyanının Azərbaycan xalqının milli-mənəvi identifikasiyasının formalaşmasında oynadığı misilsiz rola yönəldib, eyni zamanda, sovet dövründəki tədqiqatlarda bu məsələnin sosializm ideologiyasına uyğun olaraq modifikasiyalara uğradığını bildirib.

Hər dövrün ab-havasına köklənməyə məcbur olan Azərbaycan ədəbiyyatşünaslığının hansı inkişaf mərhələləri keçdiyini çox dürüstlüklə analiz edən alim öz tədqiqat predmetinə nə qədər dərindən bələd olduğunu ortaya qoyub.

Məruzədə irəli sürülən tezislərə dair diskussiyalarda çıxış edən Mərkəzi Asiya İnstitutunun direktoru Inqeborq Baldauf, professorlar Eva-Maria Aux, Rasim Mirzəyev və başqaları iştirakçıların diqqətini mövzunun digər aspektlərinə də yönəldiblər.

Tədbirin sonunda elan olunub ki, Azərbaycan tarixi kafedrası bu ilin noyabrında Berlinin ən məşhur sərgi salonlarının birində “Molla Nəsrəddin” satirik jurnalının 111 illiyinə həsr olunmuş sərgi və elmi konfrans təşkil edəcək.

Qeyd edək ki, XX əsr Azərbaycan ədəbiyyatında son dərəcə mühüm yer tutan mollanəsrəddinçilik ədəbi cərəyanı haqqında bir neçə sanballı elmi araşdırmanın müəllifi olan Volker Adam həm də Halle Universiteti Elmi Kitabxanasının direktoru kimi uzun illərdən bəridir ki, respublikamızda işıq üzü görən minlərlə kitabın Almaniyaya gətirilməsini və universitet kitabxanası vasitəsilə onların bu ölkənin elmi ictimaiyyətinə çatdırılmasını təmin edib.


24 İyul 2024
Siyasət

İlham Əliyev özbəkistanlı həmkarını təbrik etdi

İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib.

24 İyul 2024
Siyasət

Zakir Həsənov azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşdü

Müdafiə Nazirliyinin (MN) rəhbər heyəti azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb.

24 İyul 2024
Siyasət

Azərbaycanda 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

"Azərbaycanda 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb".

24 İyul 2024
Siyasət

Bakının hansı küçələrində sıxlıq var? - 24.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

24 İyul 2024
Siyasət

Anar Ələkbərov İtaliyanın yeni səfiri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov İtaliyanın Azərbaycana təyin olunan yeni səfiri Luka Di Canfrançesko ilə görüşüb.