“Microsoft Azerbaijan”da da ixtisarlar olacaq? – AÇIQLAMA

“Microsoft Azerbaijan”da da ixtisarlar olacaq? – AÇIQLAMA
30 2017 13:17

Məlum olduğu kimi, son dövrlər ABŞ-ın texnologiya nəhəngi “Microsoft” üçün işlər yolunda getmir. Bunun nəticəsidir ki, şirkət 2 minə yaxın adamı işdən çıxarıb, yaxında isə 700 nəfəri işdən azad edəcək.

REALPRESS.Az Xəbərlər.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl “Microsoft” strategiya dəyişikliyinə uyğun olaraq, təxminən 3 min adamı işindən çıxaracağını açıqlayıb.

“Microsoft”da işdən çıxarılanların əksəriyyəti mobil sektor üzrə işləyənlər olub.

Ekspertlər də düşünür ki, şirkət mobil bazarda gözlədiyi müvəffəqiyyəti əldə edə bilməyib və bu bazardan imtina edib. İndi isə bütün diqqəti “bulud” texnologiyalarına yönəldib.

Maraqlıdır, görəsən, şirkətin yeni strategiya dəyişikliyi regionlardakı fəaliyyətinə də təsir edəcək?
Hazırda şirkətin ölkəmiz üzrə bölməsi “Microsoft Azerbaijan” fəaliyyət göstərir. Bu kütləvi işdən çıxarmaların Azərbaycana da təsiri ola bilərmi?

“Microsoft Azerbaijan” şirkəti əməkdaşlarının sayını azaltmağı və ya strategiyasını dəyişməyi planlaşdırmır. Biz hər zaman olduğu kimi, “bulud” texnologiyaları sahəsində ölkə üçün prioritet sahələri inkişaf etdirməyə, ən son texnoloji yeniliklərə keçidi təmin etməyə davam edəcək və Azərbaycanda innovasiyanın yüksəlişinə dəstək verəcəyik”, - deyə məsələ ilə bağlı cavab olaraq “Microsoft Azerbaijan”dan bildiriblər.

Qeyd edilib ki, şirkətin Milli İnkişaf Planına uyğun olaraq, əsas priotetlər qısamüddətli hədəf kimi iqtisadiyyatın bütün sahələrində xərclərin səmərəliliyinin artırılması, uzunmüddətli hədəf kimi isə innovasiya yönümlü qeyri-neft sektorunun inkişafı, təhsil sisteminin fərdiləşdirilmiş tədris istiqamətində transformasiyasıdır.


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.