“Microsoft Azerbaijan” tərəfdaşlar və sifarişçilər üçün tədbirlər keçirib (FOTO)

“Microsoft Azerbaijan” tərəfdaşlar və sifarişçilər üçün tədbirlər keçirib (FOTO)
13 Dek 2016 10:55

“Microsoft Azerbaijan” şirkətinin təşkilatçılığı ilə Bakıda şirkətin tərəfdaşları və sifarişçiləri üçün “Microsoft Device Day” (“Cihaz Günü”) və “Accelerate Your Business” (“Biznesini sürətləndir”) adlı tədbirlər keçirilib.

Şirkətdən Trend-ə verilən məlumata görə, iki gün davam edən tədbirlər çərçivəsində binzeslər üçün “Windows 10 Pro” əməliyyat sisteminin və “Windows” qurğularının üstünlüklərindən bəhs edən təqdimatlar keçirilib, informasiya təhlükəsizliyində son cərəyanlar haqqında məlumat verilib və “Windows 10” üzərində işləyən yeni qurğular nümayiş etdirilib.

“Microsoft Azerbaijan”ın tərəfdaş və sifarişçi şirkətlərinın iştirakı ilə baş tutan tədbirlərdə hazırda 400 milyondan çox qurğuda istifadə edilən “Windows 10” əməliyyat sisteminin xüsusiyyətləri, təqdim etdiyi yeniliklər və innovativ funksiyaları barədə müfəssəl təqdimat keçirilib. Bundan başqa, tədbir iştirakçılarına “Windows 10” əməliyyat sistemi üzərində işləyən müxtəlif cihazlar haqqında məlumat əldə etmək və onları sınaqdan keçirmək imkanı yaradılıb.

Tədbir iştirakçılarını giriş sözü ilə salamlayan “Microsoft Azerbaijan” şirkətinin baş meneceri Sərxan Həşimov müasir dövrümüzdə məlumat təhlükəsizliyinin təmin edilməsinin əhəmiyyətini, bulud texnologiyalarının bu sahədə yaratdığı yeni cərəyanlar və “Microsoft” korporasiyasının təqdim etdiyi xidmətlərin informasiya təhlükəsizliyi sahəsinə verdiyi töhfələrindən danışıb.

Öz növbəsində tədbirdə çıxış edən “Microsoft”un mütəxəssisi Maksim Kuzminov “Windows 10” əməliyyat sisteminin üstünlüklərindən ətraflı məlumat verib və bildirib: “Bu gün heç bir sahə informasiya texnologiyaların köməyi olmadan inkişaf edə bilməz. Hazırda təqdim etdiyimiz “Windows 10” əməliyyat sistemi “Windows”un indiyədək mövcud olan əməliyyat sistemləri arasında ən təhlükəsizidir. Belə ki, sistemin tərkib hissəsi kimi təqdim edilən “Windows Hello” funksiyası əl izi, üz cizgilərinin tanınması kimi biometrik məlumatlarınızdan istifadə etməklə sizin özünüzə şifrə olmaq imkanı verir və ən yuxarı səviyyədə təhlükəsizliyinizi təmin etmiş olurlar“.

“Gücləndirilmiş təhlükəsizlik əməliyyat sistemindən başlayır” təqdimatı ilə tədbirdə çıxış edən “Microsoft Azerbaijan” şirkətinin strateji həllər üzrə meneceri Qaçay Mirzəyev isə bildirib ki, kiberterrorun, kibercasusluğun, virtual əlaqələrin gücləndiyi dövrdə informasiya təhlükəsizliyindən yaranan problemlər daha da artıb. Onun sözlərinə görə, mənşəyi məlum olmayan proqram təminatından istifadə maliyyə itkilərinə, şirkətin imicinə xələl yetirməsinə, məxfi məlumatın ələ keçirilməsinə və ümumi məhsuldarlığın azalmasına gətirib çıxarır. Belə ki, dünyada məlumat pozuntusunun səbəb olduğu zərərin ortalama dəyəri 4 milyon ABŞ dollarına bərabərdir.

Qeyd edək ki, bu il “Microsoft Device Day” və “Accelerate Your Business” tədbirləri bir qədər fərqli ve daha maraqli formatda keçirilib. Belə ki, hər iki tədbirin aparıcıları qismində Şən və Hazırcavablar Klubunun “Yığma Bakı” komandasının üzvləri olan Tural Həsənli və Səməndər Rzayev çıxış edib və müasir texnologiyalara xüsusi yumoristik yanaşmaları ilə tədbirə rəng qatıblar.







19 Apr 2021
İT

Vətəndaşlar “ƏDV geri al” layihəsindən nə qədər vəsait əldə edib? - RƏSMİ

“ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 60,2 milyon manat geri qaytarılıb.

19 Apr 2021
İT

Evdən distant təhsilin təşkili üçün 5 faydalı məsləhət

Pandemiya şəraiti, gedişli-gəlişli karantin və bütün bunların fonunda təhsilini davam etdirməyə çalışan minlərlə şagird və tələbə...

4 Mar 2021
İT

“WhatsApp”dan şad xəbər: İstifadəçilər üçün çox vacib funksiya işə salınır

“WhatsApp” messencerinin kompüter versiyası üçün artıq səsli və video zənglər əlçatandır.

23 Fev 2021
İT

Qarabağın bərpasında “rəqəmsal nəslin” rolu

Uzun illər boyu regionların inkişafı və abadlaşdırılması sənayeləşmə və aqrar sektorun inkişafı ilə bağlı idi. Ötən yüzillik inkişaf istiqamətlərinin siyahısına xidmət sahəsini, xüsusilə turizm sektorunu da əlavə etdi. Bu üç istiqamət uzun müddətdir ki, regionların inkişaf etdirilməsində ideal vasitələr kimi qəbul olunurdu. Lakin, son illərdə müasir cəmiyyət rəqəmsal texnologiyaların təsiri altında sürətlə dəyişir və bu tamamilə yeni reallıqlar formalaşdırır. 

28 Yan 2021
İT

“WhatsApp”da yeni virus yayılır

Milyonlarla istifadəçisi olan “WhatsApp” messenceri vasitəsilə yeni virus yayılır.