Rusiyanın ikinci böyük neft şirkəti olan “Lukoil”un neft hasilatı 2016-ci ildə 8,6 faiz azalıb.
AZƏRTAC şirkətə istinadla xəbər verir ki, “Lukoil”un neft hasilatı ötən il 83,1 milyon tona enib. 2015-ci ildə isə bu göstərici 85,6 milyon ton olub. Şirkət 2016-ci ildə də 20,3 milyard kubmetr həcmində təbii qaz hasil edib.
Qeyd edilir ki, “Lukoil”un məhsul istehsalının həcmi Azərbaycan, Qazaxıstan və Özbəkistandakı layihələrin inkişafına müsbət təsir göstərib.
Türkiyənin İzmir şəhərində eyni anda 8 tornado əmələ gəlib.
Ukrayna Daxili İşlər Nazirliyində işğal altında olan Krım yarımadasını, həmçinin Luqansk və Donetsk vilayətlərini azad etmək üçün yeni hücum briqadaları yaradılır.
Avropa Şurasının rəhbəri Şarl Mişel Ukraynanın paytaxtı Kiyevdədir.