“Kreisel”dən Terminator üçün “Gelandewagen” – FOTO

“Kreisel”dən Terminator üçün “Gelandewagen” – FOTO
24 2017 15:49

Avstriyada yerləşən “Kreisel” firması məşhur aktyor Arnold Şvartseneggerin sifarişi ilə tamamilə elektrik mühərriki ilə hərəkət edən “Mercedes-Benz G-Class” ofroderini hazırlayıb. 

REALPRESS.Az autograph.az-a istinadən xəbər verir ki, yeganə nüsxədə hazırlanmış ofroder iki elektrik mühərriki ilə təchiz edilib.

“Kreisel” şirkəti artıq müxtəlif alman avtomobillərinin bazasında hazırladığı layihələrlə məşhurdur. Misal üçün, bir müddət bundan əvvəl avstriyalılar “VW Golf”, “Porsche Panamera” və “BMW 3-Series” universalının bazasında elektromobilləri yaratmışdır. “Kreisel” şirkəti batareyaların yaradılması ilə məşğuldur və ildə ümumi tutumu 800 min kilovat-saat olan batareyaların istehsalına hesablanmış zavodun tikintisini davam etdirir.

“Terminator” avtomobilinə gəldikdə isə, avstriyalılar ofroderi ümumi gücü 490 at qüvvəsi olan iki elektromotorla, 80 kilovat-saat tutumu və 510 kiloqram çəkisi olan iki batareyalar bloku ilə təchiz ediblər. Bu ofroderi yerindən 100 km/saata 5,6 saniyəyə sürətləndirməyə və 183 km/saat maksimal sürətə çatdırmağa kifayət edir. Ofroderin yürüş ehtiyatı 300 kilometrdən çoxdur.

Zahiri cəhətdən elektrik ofroderi adi “G-Class” modelindən yalnız “Kreisel” emblemləri ilə seçilir. Batareyaların doldurulması üçün gərək olan “rozetka” yanacaq çəninin başlığı olan hissədə yerləşdirilib. Eyni zamanda avtomobilin salonunda yeni cihazlar paneli quraşdırılıb ki, burada taxometr yoxdur, yanacaq çəninin göstəricisi isə batareyadakı cərəyanın səviyyəsinin göstəricisi ilə əvəzlənib.




18 Sent 2023
Maraqlı

Uşağın dəcəlliyindən özünü qorumaq üçün oyuncaq təqlidi edən pişik hər kəsi güldürdü - VİDEO

Sosial şəbəkələrdə pişiyin hiyləgərliyini əks etdirən video böyük maraqla qarşılanıb.

10 Apr 2023
Maraqlı

Hibrid Günəş tutulması baş verəcək

Aprelin 20-də ilin ilk Günəş tutulması baş verəcək.

24 Yan 2023
Maraqlı

Reyhan

Reyhan haqqında ümumi məlumat