“Jeep” avtomobil şirkəti Rusiyada 1100-dən çox “Grand Cherokee” və “Liberty” modelli avtomobili geri çağırıb.
Trend-in məlumatına görə, geri çağırma təhlükəsizlik sisteminin idarəetmə blokundakı mümkün qüsurlarla bağlıdır.
Məlumatda qeyd olunur ki, bu avtomobillər 2003-2005-ci illər arasında istehsal olunub.
Həmin avtomobillərdə təmir işləri ödənişsiz həyata keçiriləcək.
Bu ilin 6 ayında Azərbaycan İtaliyaya 3 milyard 602 milyon 341,97 min ABŞ dolları dəyərində 6 milyon 820 min 798,97 ton, Çexiya 449 milyon 595,51 min ABŞ dolları dəyərində 846 min 461,39 ton, Xorvatiya 408 milyon 862,68 min ABŞ dolları dəyərində 744 min 703,91 ton xam neft ixrac edib. Rumıniya 378 milyon 39,37 min ABŞ dolları dəyərində 685 min 972,26 ton və Portuqaliyaya 310 milyon 369,1 min ABŞ dolları məbləğində 576 min 34,89 ton neft tədarük edilib.
Bu ilin iyun ayında Bakıda 435 270 nəfər mikromobillik vasitələrini seçib.