“JIN” şirkətinin “ağıllı” eynəkləri insanların yorğunluq simptomlarını müəyyənləşdirəcək

“JIN” şirkətinin “ağıllı” eynəkləri insanların yorğunluq simptomlarını müəyyənləşdirəcək
21 2017 15:13

Yaponiyanın “JIN” şirkəti əməkdaşların diqqətlilik vəziyyətini müəyyənləşdirərək onların yorğunluq dərəcəsini hesablamağa imkan verən yeni “ağıllı” eynək texnologiyası hazırlayıb. Texnologiya yüz ballıq şkala üzrə aparılan hesablamaya görə kimin istirahətə ehtiyacı olmasını müəyyənləşdirəcək.

AZƏRTAC “DNI24” resursuna istinadən xəbər verir ki, yaponlar əməksevərlikləri ilə məşhurdurlar, lakin işlə artıq yüklənmə səbəbindən tez-tez özünəqəsd hallarına təsadüf edilməyə başlayıb və bu problem getdikcə daha geniş miqyas alır. İntiharla mübarizəyə aparıcı şirkətlər qoşulub və nəticədə “ağıllı” eynək ərsəyə gətirilib.

Məlumata görə, “JIN” şirkətinin rəhbərliyi 20 şirkətlə saziş imzalamağı planlaşdıraraq 80 milyon yen məbləğində təxmini qazancı hesablayıb. Bir cüt eynəyin qiyməti 39 min yen, bir nəfər üçün monitorinqə görə 1 aylıq abunə haqqı 500 yen təşkil edəcək. Digər istehsalçılar da eynək istehsalına başlayıb, əməkdaşların duruşunu və onların hərəkətini izləyəcək qurğuların icadı ilə bağlı ideyalar yaranıb.

ABŞ-da əməkdaşlar sığorta vəsatətlərinə qənaət məqsədilə yuxu və gün rejimi monitorinqini aparan qurğularla təchiz edilir, işçi heyətinin həyat tərzi və vərdişləri təhlil olunur.


15 May 2025
Dünya

Türkiyədə güclü zəlzələ oldu - Ankarada da hiss edildi

Konyanın Qulu rayonunda 5,2 bal gücündə zəlzələ baş verib.

15 May 2025
Dünya

Hakan Fidan: "ABŞ nümayəndə heyəti İstanbuldadır"

Amerika Birləşmiş Ştatlar administrasiyasının bir neçə nümayəndəsi Türkiyənin İstanbul şəhərindədir.

15 May 2025
Dünya

Zelenski: Türkiyəyə səfərim Putin üçün çox aydın siqnaldır

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə səfərini Rusiya lideri Vladimir Putin üçün çox aydın siqnal adlandırıb.