“Instagram” istifadəçilərinin nəzərinə: Parolları dərhal dəyişin – FOTO

“Instagram” istifadəçilərinin nəzərinə: Parolları dərhal dəyişin – FOTO
15 2017 09:16

“ESET” şirkətinin mütəxəssisləri “Instagram”dan istifadəçi məlumatlarını oğurlayan 13 zərərli tətbiqi aşkar ediblər.

REALPRESS.Az “Technote”a istinadən xəbər verir ki, sözügedən tətbiqlər guya, “Instagram”dakı izləyici, bəyənmə və şərh sayını artırmaq üçün nəzərdə tutulub. 

İstifadəçilər isə bu ümid ilə həmin tətbiqləri yükləyiblər. Siyahıdakı tətbiqlərdən hər hansı birini yüklədikdən sonra istifadəçi öz login və şifrəsini, tətbiqdə qeyd edib heç nədən şübhələnmirdi. 

Həmin məlumatlar isə hakerlərə sadə mətn formatında çatırdı. Sözügedən virus “Android /Spy.Inazigram” adını alıb. Lakin məsələ burasındadır ki, istifadəçi öz login və şifrəsini düz qeyd etsə belə, tətbiq onun səhv olduğunu bildirir. 

Bu, onunla əlaqədardır ki, “Instagram” istifadəçiyə, planlaşdırılmamış giriş barədə xəbər verir. 
İstifadəçi isə öz növbəsində, “Instagram”da şübhə yaratmamaq üçün hakerlərin adından öz məlumatlarını təsdiqləyir. 

Mütəxəssislər qeyd ediblər ki, sözügedən tətbiqləri, əsasən, “Instagram” səhifələrinin izləyici sayını qaldıran saytlar yükləyiblər. 

Hack olunmuş istifadəçi səhifələrinin vasitəsilə digər istifadəçilərə spam göndərilir və izləyici, bəyənmə və şərh artırma paketləri satılır. 

Hal-hazırda sözügedən tətbiqlər, “Google Play”dən pozulub. Əgər siz siyahıdakı tətbiqlərdən hansınısa yükləmisinizsə, onda dərhal öz “Instagram” istifadəçisinin şifrəsini dəyişin.

 


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.