“İlaxır çərşənbə” Bakıda təntənəli şəkildə qeyd olunur

“İlaxır çərşənbə” Bakıda təntənəli şəkildə qeyd olunur
14 2017 11:28

Qədim zamanlardan başlayaraq Novruz bayramı müxtəlif ayin və mərasimlərin, xüsusilə 4 çərşənbə axşamının sehrindən, sevincindən, arzu və ümidlərindən keçib gəlib. Həyatın, varlığın əsası sayılan 4 ünsürün – su, od, yel və torpağın adı ilə bağlanan bu çərşənbələr özünəməxsus mifoloji və etnoqrafik mahiyyəti ilə seçilib, həmişə xüsusi bayram olaraq qeyd olunub.

AZƏRTAC xəbər verir ki, hər il olduğu kimi, bu il də Bakı Şəhər İcra Hakimiyyəti xalqımızın milli bayramı - “İlaxır çərşənbə”ni təntənəli şəkildə qeyd edir. Belə ki, martın 14-də səhər metronun “İçərişəhər” stansiyası və Bakı Şəhər İcra Hakimiyyəti binasının yanındakı ərazidən Novruz personajları – Dədə Qorqud, Bahar qızı, Kosa, Keçəl musiqi qruplarının, həmçinin dəvələr, süvarilər və faytonların müşayiəti ilə böyük karvan Suraxanı “Atəşgahı”na yollanıb.

Bayram karvanı Bakı Şəhər İcra Hakimiyyətindən hərəkətə başlayaraq İstiqlaliyyət küçəsi ilə “Beşmərtəbə” dairəsi, Heydər Əliyev Sarayının yanından keçməklə metronun Sahil stansiyası, Hökumət evi, Ali Məhkəmənin qarşısından hərəkət etməklə Heydər Əliyev prospektinə çıxıb və metronun “Koroğlu” stansiyasından Hava Limanı avtomagistralı ilə Suraxanı “Atəşgahı”na yola düşüb. “Atəşgah”dan od götürən bayram karvanı Hava Limanı avtomagistralı, Heydər Əliyev prospekti, 28 May küçəsini keçərək Heydər Əliyev Sarayının arxasından keçməklə Fəvvarələr meydanından Gənclər meydanına gələcək, bayram tonqalını alovlandıracaq. Dədə Qorqudun Novruz xeyir-duası ilə saat 19.00-da incəsənət ustalarının iştirakı ilə bayram konserti və atəşfəşanlıq təşkil ediləcək.


9 İyun 2023
Cəmiyyət

Metro işçilərinin maaşları 15 % artırılıb

“Bakı Metropoliteni” QSC-nin işçilərinin maaşları 15 % artırılıb.

9 İyun 2023
Cəmiyyət

“Bəyin oğurlanması”nın “İsabala”sının anım günüdür - VİDEO

Bu gün kino rejissoru, aktyor və Azərbaycanın Xalq artisti Ramiz Əzizbəylinin anım günüdür.

9 İyun 2023
Cəmiyyət

Bakı metrosunun stansiya və tunellərində ventilyatorlar yay rejiminə keçirilib

"Bakı Metropoliteni" QSC-nin stansiy və tunellərində ventilyasiya sisteminin iş rejimi yay qrafikinə keçirilib.

9 İyun 2023
Cəmiyyət

Parlament müəllimlərin sertifikasiyası ilə bağlı dəyişikliyi qəbul edib

Məktəbdə ilk dəfə işə qəbul olunan müəllimlərin sertifikasiyadan azad olma müddəti 5 ildən 3 ilə endirilir.

9 İyun 2023
Cəmiyyət

Pirşağıda qamışlıq sahə yanır

Pirşağı qəsəbəsində qamışlıq sahə yanır.