Azərbaycan prezidenti Nazirlər Kabinetinin ilin yekunlarına həsr olunmuş iclasında bəzi qeyri-hökumət təşkilatları və şəxslərin ölkədəki inkişafa qərəzli yanaşdığını bildirib.
Realpress.az Azərbaycan 24-ə istinadən xəbər verir ki, İlham Əliyev xüsusən bəzi yerli iqtisadçıların fikirlərinin yanlış olduğunu vurğulayıb.
“Bəzi özlərini böyük iqtisadçı adlandıran yerli nümayəndlər də müxtəlif çıxışlar edirlər, qiymətlər verirlər. Onlar tamamilə cəfəng fikirlərdir, Bizim gözəl atalar sözü də var, iki uzunqulağın arpasını bölə bilməyən bizə dərs öyrədir. Bütün bunlara fikir vermək lazım deyil” – deyə Prezident fikrini tamamlayıb.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan “TEKNOFEST” İdarə Heyətinin və T3 Fondu Qəyyumlar Şurasının sədri Selçuk Bayraktar və Türkiyәnin sәnaye vә texnologiya nazirinin müavini Mehmet Fatih Kacırla görüşüb.
Nazirlər Kabineti “Fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri”nin və “Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri”nin təsdiq edilməsi barədə” 31 iyul 2018-ci il qərarını ləğv edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) rəqəmsal idarəçiliyin inkişafı, daxili idarəetmə proseslərinin optimallaşdırılması və elektronlaşdırılması, bu sahədə çevik və effektiv idarəetmənin təmin edilməsi məqsədilə Avtomobil Yolları İnformasiya Sistemi (AYİS) yaradıb.