“HTC 11” smartfonu martın 20-də təqdim oluna bilər

“HTC 11” smartfonu martın 20-də təqdim oluna bilər
18 2017 14:29

Ötən il təqdim edilən “HTC 10” smartfonunu əvəz edəcək yeni qabaqcıl “HTC 11” smartfon modelinin martın 20-də təqdim ediləcəyi gözlənilir. Buna Tayvan şirkəti “Facebook” səhifəsində dərc etdiyi “Spring is coming” (“Yaz gəlir”) şəkili və “HTC” sizin üçün sürpriz hazırlayıb” ifadəsini dərc etməklə işarə edib.

AZƏRTAC “vesti.ru” saytına istinadən xəbər verir ki, şirkətin “sürpriz” sözü ilə “HTC 11” smartfonunu nəzərdə tutması ehtimal olunur.

Əvvəlki qabaqcıl modelin ötən ilin aprelində nümayiş olunması səbəbindən martın sonu yeni təqdimat üçün əlverişli vaxt hesab edilir. Bundan başqa, yeni “HTC” qurğusu bu yaxınlarda “G6” modelini nümayiş etdirən “LG” şirkətinə və martın 29-da “Galaxy S8” smartfonunun təqdimatını keçirməyi planlaşdıran “Samsung” istehsalçısına cavab ola bilər.

Məlumata görə, “HTC 11” smartfonu “Qualcomm” şirkətinin istehsalı olan ən müasir “Snapdragon 835” prosessoru, “Sense 9.0” interfeysli “Android Nougat 7.1.2” əməliyyat sistemi, 2550x1556 piksel təsvir ölçülü ekran, 6 giqabayt operativ, 128 giqabayt quraşdırılmış yaddaşla təchiz ediləcək.


12 İyul 2024
Dünya

Portuqaliya və Avstraliya Ukraynaya böyük məbləğlərdə yardım göstərəcək

Portuqaliya və Avstraliya Ukraynaya böyük məbləğdə yardım göstərəcək.

12 İyul 2024
Dünya

Avro və rubl bahalaşdı, lirə ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

12 İyul 2024
Dünya

Nepalda 2 avtobus çaya aşdı - 66 nəfər itkin düşdü

Nepalda torpaq sürüşməsi səbəbindən 2 avtobusun aşaraq çaya düşməsi nəticəsində azı 66 nəfər itkin düşüb.

12 İyul 2024
Dünya

Ərdoğan Vaşinqtonda Makronla görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla fransalı həmkarı Emmanuel Makron arasında görüş baş tutub.

12 İyul 2024
Dünya

Kanada sahillərində güclü zəlzələ baş verib

Kanadanın Britaniya Kolumbiyası əyalətinin sahillərində 6,5 bal gücündə zəlzələ baş verib.