“Günəşli”dəki 7 nömrəli dərin dəniz özülündə ikinci qazma qurğusu işə salınacaq

“Günəşli”dəki 7 nömrəli dərin dəniz özülündə ikinci qazma qurğusu işə salınacaq
28 2017 13:28

“Günəşli” yatağındakı 7 nömrəli dərin dəniz özülündə quraşdırılacaq ikinci qazma qurğusunun cari ilin fevral ayında işə salınması nəzərdə tutulur.

“Azneft” İstehsalat Birliyindən (İB) AZƏRTAC-a bildirilib ki, birliyin “28 May” neft və qazçıxarma idarəsinin (NQÇİ) dərin dəniz özüllərində səyyar müşavirə keçirilib. Müşavirə zamanı hidrotexniki qurğuların, texnoloji obyektlərin, kommunikasiya qovşaqlarının mövcud vəziyyəti araşdırılıb, xüsusilə 7 və 14 nömrəli özüllərdə həyata keçirilən qazma işlərinin vəziyyəti yoxlanılıb.

Birliyin baş direktoru Daşqın İskəndərovun rəhbərlik etdiyi işçi heyət 7 nömrəli dərin dəniz özülündə mövcud quyuların, separasiya və qazma avadanlıqlarının yerləşdiyi sahələrə baxış keçirıb, 317 nömrəli quyuda aparılan qazma işi ilə tanış olub. Podratçı və subpodratçı təşkilatlar tərəfindən özüldə görülən işlərə nəzarətin daha da gücləndirilməsinin vacibliyi qeyd olunub, tədbirlərin keyfiyyətli aparılması və vaxtında başa çatdırılması üçün təkliflər dinlənilib. Özüldə quraşdırılmış köpüklə avtomatik yanğınsöndürmə sisteminin lazımi avadanlıqlarla təmin olunması üçün müvafiq göstərişlər verilib. Bildirilib ki, özüldə quraşdırılacaq ikinci qazma qurğusunun cari ilin fevral ayında işə salınması nəzərdə tutulur.

14 nömrəli dərin dəniz özülündə həyata keçirilən işlər araşdırılıb, işçilərin təhlükəsizliyinin tam təmin olunmasının vacibliyi vurğulanıb. Özüldə qazılan 354 nömrəli quyuda işlərin gedişatı müzakirə olunub, quyuların, separasiya avadanlıqlarının və qazma avadanlqlarnın yerləşdiyi sahələrin texniki vəziyyəti yoxlanılıb, konkret tapşırıqlar verilib.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.