“Google” şirkəti tezliklə “iPhone” smartfonunda işləyən “Chrome” brauzeri üçün yeniləmə çıxaracaq və bundan sonra “QR” kodlarının oxunması funksiyası mümkün olacaq.
AZƏRTAC “belta.by” saytına istinadən xəbər verir ki, əvvəllər belə imkan yalnız “Android” istifadəçiləri üçün əlçatan idi.
Yeni funksiyanı aktivləşdirmək üçün istifadəçi barmağını brauzerin ikonkası üzərində saxlamalı və bundan sonra açılan menyudan skaner kodlarını seçməlidir. Funksiyanı aktivləşdirmək üçün daha bir variant axtarış sətrində "QR" yığmaqdır.
İstifadəçi “QR” kodu skan etdikdə brauzer onu kod daxilində şifrlənmiş xüsusi istinad üzrə yönləndirəcək. Əgər istifadəçi ştrix kodu skan edirsə, o zaman “Chrome” həmin məhsul haqda qiymət və rəyləri göstərir.
Türkiyənin İzmir şəhərində eyni anda 8 tornado əmələ gəlib.
Ukrayna Daxili İşlər Nazirliyində işğal altında olan Krım yarımadasını, həmçinin Luqansk və Donetsk vilayətlərini azad etmək üçün yeni hücum briqadaları yaradılır.
Avropa Şurasının rəhbəri Şarl Mişel Ukraynanın paytaxtı Kiyevdədir.