Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə və BANM TGT-nin dəstəyi ilə “Gələcəyə İnam” layihəsi çərçivəsində ilk tədbir keçirilib.
Trend-in məlumatına görə, tədbirdə Kəlbəcər rayon 14 saylı orta məktəbdə məcburi köçkün gəncləri və şagirdləri iştrak ediblər.
Giriş sözü ilə çıxış edən məktəbin direktoru Tahir Rəhimov qonaqları salamlayaraq tədbirin ilk olaraq burada keçirilməsindən məmnunluq duyduğunu bildirib. Daha sonra layihə rəhbəri Könül Mustafazadə çıxış edərək layihə haqqında məlumat verib. Bildirib ki, layihənin məqsədi öz sözünü demiş məcburi köçkün gənclərini tanıtmaq və onları məktəblilərlə bir araya gətirərək digər gəncləri onların simasında təhsilə,elmə və ictimai fəaliyyətə ruhlandırmaqdır.
Həmçinin tədbirdə Kəlbəcər rayon nümayəndəsi "Aşıq Şəmşir Mədəniyyət ocağı” İctimai Birliyinin sədr müavini Həbib Misirov, BMT nin Əhali Fondunun layihə əməkdaşı Xalisə Şahverdiyeva, Binəqədi rayonu 103 saylı tam orta məktəbin direktor müavini Sevda Alışova, Avrasiya Fondunun&Qafqaz Tədqiqat Resurs Mərkəzinin proqram direktoru Murad Nəsibbəyli, Strateji İnkişaf Komitəsinin Sədri, Beynəlxalq Əlaqələr üzrə müşavir Şəms Mustafayeva eləcə də bu il yüksək balla universitetə qəbul olmuş məcburi köçkün gəncləri çıxış edib.
Tədbirdə bir çox məktəblilərin maariflənməsi məqsədi ilə Kəlbəcər rayon19 saylı, Laçın rayonu 31 saylı, Şuşa rayonu 7 saylı, Laçın rayonu Binə ümumi məcburi köçkün məktəblərinin də müəllim heyəti və şagirdləri dəvət olunub.
Layihə çərçivəsində daha üç tədbirin şəhər və məcburi köçkün məktəblərində keçiriləcəyi nəzərdə tutulub.
Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksin vurduran şəxslərin sayı açıqlanıb.
Heydər Əliyev Fondunun tarixi, mədəni və dini irsin qorunmasına xidmət edən layihələri Azərbaycanın sərhədləri ilə məhdudlaşmır. Artıq on ildən çoxdur ki, Fondun dəstəyi ilə Vatikanda mühüm tarixi əhəmiyyət daşıyan dini abidələr bərpa edilir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın nəcib təşəbbüsü ilə Vatikanda bu istiqamətdə əməkdaşlığın növbəti mərhələsinin icrasına başlanılıb.
İsraildən olan yaşlı qadın vəfat edən ərinin gözünü Azərbaycan qazisinə bağışlayıb.