Rusiyanın enerji nəhəngi “Gazprom” şirkətinin xarici ölkələrə gündəlik təbii qaz ixracı yenidən maksimum həcmə çatıb.
AZƏRTAC “Gazprom”a istinadla xəbər verir ki, şirkətin təbii qaz ixracı gündəlik 635 milyon kubmetrə çatıb. “Gazprom” tərəfindən yanvarın 26-da ixrac edilən 635 milyon kubmetr qaz şirkətin tarixində ən yüksək gündəlik ixrac göstəricisi olub.
Açıqlamada “Mavi axın”, “Şimal axını”, “Yamal-Avropa” boru kəmərlərinin tam gücü ilə işlədiyi və şirkət tərəfindən Avropaya təbii qaz ixracının bu il də artmaqda davam etdiyi bildirilir.
“Gazprom”un idarə heyətinin sədri Aleksey Miller ötən günlərdə açıqlamasında Avropanın keçənilki ümumi təbii qaz idxalının 34 faizinin şirkət tərəfindən təmin olunduğunu bildirib.
Gələcək sülh danışıqlarında ilk maddə qeyd-şərtsiz atəşkəs barədə razılaşma olmalıdır.
Bu gün Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-li həmkarı Donald Trampla telefon danışığı aparacaq.
Türkiyə 2025-cü ilin fevral ayında Qazaxıstana polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 74,4 faiz artaraq 3 milyon 320 min 85 dollara çatdırıb.