“Facebook messenger” yeni funksiyanın testinə başlayıb

“Facebook messenger” yeni funksiyanın testinə başlayıb
06 2017 12:00

“Facebook messenger”də yeni funksiyanın tətbiqi gözlənilir.

Oxu.Az-ın məlumatına görə, “Technote” “TechCrunch”a istinadən xəbər verir ki, bundan sonra istifadəçilər hər bir ismarıca emosiyalarla yanaşı, “like” və “dislike” ilə reaksiya bildirə biləcəklər.

Bu xəbəri “Facebook”un nümayəndəsi təsdiqləyib. Buna oxşar sistem “Slack” korporativ messencerində istifadə olunur. 

Məlumata əsasən, istifadəçilər hər bir ismarıca 7 variantın emosiyanın köməkliyi ilə reaksiya verə biləcəklər. “Slack”da olduğu kimi, reaksiya bildirilən emosiyanı çatda hər bir istifadəçi görə biləcək. 

Beləliklə, bu və ya digər ismarıcı qiymətləndirmiş istifadəçiləri müəyyən etmək mümkün olacaq. 
İsmarıclarda olacaq reaksiyalar “Facebook”un xəbər lentindəki emosiyalardan sadəcə “dislike” düyməsinin olması ilə fərqlənəcək. 

Şirkət təmsilçinin sözlərinə əsasən, ismarıc bölməsində “dislike” düyməsi “xeyr” cavabının analoqu kimi düşünülür. Yeni funksiya hələki bir sıra istifadəçilər üçün aiddir. Bu funksiya barədə müsbət fikirlər olacağı təqdirdə daha çox istifadəçiyə təqdim olunacaq.

“Biz həmişə “Facebook Messenger”i daha əyləncəli və rəngarəng etmək üçün testlər aparırıq. İndi isə biz kiçik bir test keçirdirik. Bu test çərçivəsində insanlar ismarıc bölməsində öz emosiyalarını paylaşa biləcəklər”, - deyə şirkət bildirib.

 


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.