ABŞ-ın qabaqcıl enerji şirkətlərindən olan “ExxonMobil”in ötən ilin dördüncü rübündəki gəliri 2015-ci ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq 61,02 milyard dollara yüksəlib. Şirkət 2015-ci ilin analoji rübündə 59,81 milyard dollar gəlir əldə etmişdi.
AZƏRTAC şirkətə istinadla xəbər verir ki, “ExxonMobil”in keçən ilin dördüncü rübündəki xalis mənfəəti 2015-ci ilin eyni dövrünə nisbətdə 40 faiz azalaraq 1,68 milyard dollar təşkil edib. Şirkətin 2015-ci ilin dördüncü rübündəki xalis mənfəəti 2,78 milyard dollar olub.
“ExxonMobil” rəhbəri Darren Vudz neftin qiymətinin aşağı olmasının təsiri ilə əmtəə qiymətlərindəki azalmanın şirkətin maliyyə balansına mənfi təsir etdiyini deyib.
Xalis mənfəətinin azaldığını açıqladıqdan sonra Nyu-York Birjasında şirkətin səhmləri 2,2 faiz azalaraq 83,22 dollara qədər geriləyib.
Amerikalı senatorlar Tim Keyn (Virginia ştatı, Demokratlar partiyası), Kris Mörfi (Konnektikut ştatı, Demokratlar partiyası) və ABŞ Konqresinin yuxarı palatasının digər 25 üzvü ölkə prezidentı Co Baydenə məktub göndərərək təcili Hərtərəfli Fəaliyyət Planına (JCPOA) qoşulmağa çağırıb.
Bu günə qədər Qarabağdakı son müharibədə 3 621 nəfərin ölməsi təsdiq edilib.
Rusiya Prezidenti Vladimir Putinə koronavirus infeksiyası əleyhinə ikinci doza peyvənd vurulub.