Fransanın http://tvmag.lefigaro.fr/ saytında “Eurovision-2017”: Diana Hacıyeva, Azərbaycandan gələn kometa” adlı məqalə dərc edilib.
Məqalədə ölkəmizin “Eurovision” mahnı müsabiqələrində iştirakından söz açılıb. Həmçinin Azərbaycanın “Eurovision” mahnı müsabiqəsinə son bir neçə ildə qoşulmasına baxmayaraq, böyük performanslar göstərməsi və qələbə qazanması qeyd olunub.
Yazıda “Eurovision-2017” mahnı müsabiqəsində ölkəmizi xüsusi musiqi stili olan caz müğənnisi 27 yaşlı Diana Hacıyevanın təmsil edəcəyi bildirilib.
Saytda Diana Hacıyevanın ifasında “İ break again” mahnısı təqdim olunur (http://tvmag.lefigaro.fr/programme-tv/eurovision-2017-diana-hajiyeva-l-ovni-de-l-azerbaidjan_557855d6-d8ea-11e6-b565-a1f91d4e67bf/ ).
Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.
Tofiq İbrahim oğlu Mirzəyevə “Xalq artisti” fəxri adı verilib.