“Etdiyimiz tövsiyələr əsasında Maliyyə Palatası yaradılıb”

“Etdiyimiz tövsiyələr əsasında Maliyyə Palatası yaradılıb”
06 2017 16:00

“Zənnimcə, indi bank sahəsində restrukturizasiya baş verməlidir və bu proses bütövlükdə bank sektorunu əhatə etməlidir”. Bunu Report İ.A-ya müsahibəsində Beynəlxalq Valyuta Fondunun (IMF) Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçi deyib.

M.Qorçi qeyd edib ki, təmsil etdiyi qurum yalnız dövlət qurumlarına tövsiyələr verir: “Biz dövlət strukturları ilə bir sıra məsələləri müzakirə etmişik. Bu, xüsusi əhəmiyyət kəsb edən məsələlərdir. Sözsüz ki, bu siyahıda banklar da var. Çünki bankların hazırkı vəziyyəti ölkə iqtisadiyyatına ciddi təsir edir. Amma tövsiyələrimiz heç də bank cəmiyyəti üçün nəzərdə tutulmur. Hər zaman hökumətə tövsiyə veririk. Keçmişdə etdiyimiz tövsiyələr əsasında Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) yaradılıb. Zənnimcə, indi bank sahəsində restrukturizasiya aparılmalıdır və bu, bütövlükdə bank sektorunu əhatə etməlidir. Biz həmçinin kiçik bankları da nəzərdə tuturuq. Artıq Azərbaycanda bu sahədə müəyyən addımlar atılıb. Bildiyiniz kimi, bu vaxta qədər 11 bank bağlanıb. Digər banklar isə restrukturizasiya mərhələsindədir. Lakin bununla belə bank sahəsində müvafiq çağırışlar qalmaqdadır”.

IMF rəsmisinin sözlərinə görə, qeyri-sağlam banklar əhalinin banklara etibarını sarsıdır: “Ancaq hökumətdə belə bir razılıq var ki, bank sektorunda olan problemləri mümkün qədər tez həll etmək lazımdır. Çünki zəif bankların mövcud olması, bank sektorunda indiki problemlərin yaşanması bütövlükdə iqtisadiyyata zərər verir. Ona görə də restrukturizasiya nə qədər tez baş aparılarsa, bir o qədər yaxşı olar. Bir daha demək istəyirəm ki, zəif banklar həm milli valyutanın məzənnəsinə, həm bank sektoruna, həm də bütövlükdə iqtisadiyyata mənfi təsir göstərir. Bu mənfi təsirin fəsadlarından biri də əhalidə həm iqtisadiyyata, həm də bank sektoruna olan etibarın sarsılmasıdır. Məhz buna görə prosesi tezləşdirmək lazımdır ki, problemləri sona çatdıraq. Əlbəttə ki, restrukturizasiya prosesi ciddi şəkildə aparılmalıdır ki, zəif bankların sağlamlaşdırılması mümkün olsun, ya da onların sistemdən kənarlaşdırılması zərurəti yaransın”.

“MBNP ilə görüşümüzdə bəzi məsələləri müzakirə etdik. Bu məsələlər sırasında bilavasitə bank sektorunda baş verən hadisələr, hazırda hökumətin həyata keçirdiyi və ilin sonunda başa çatdırmaq istədiyi bankların restrukturizasiyası məsələsi də bar. Bununla yanaşı, inflyasiya, fiskal siyasət, iqtisadi artım və ölkənin borc öhdəliklərini yerinə yetirməsi kimi bir sıra aktual məsələləri də müzakirə etmişik”, – deyə fondun Azərbaycan üzrə missiyasının rəhbəri deyib.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.