“Əşyalar interneti” qurğularını yoluxduran virus aşkarlanıb

“Əşyalar interneti” qurğularını yoluxduran virus aşkarlanıb
18 2017 17:08

Eset” antivirus şirkəti “Əşyalar interneti” (Internet of Things, IoT) qurğularına hücum edən zərərli proqram aşkarlamasını açıqlayıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” resursuna istinadən yazır ki, “Rakos” adlanan proqram açıq “SSH” portlu və zəif  parollu qurğu və serverləri axtarır, avadanlığı yoluxdurduqdan sonra onlardan virusun yayılması üçün istifadə edir. Hücum kiçik “IP” ünvanları siyahısından başlayır, daha sonra hədəflərin sayı artır.
 
Yoluxdurulmuş qurğuda “Rakos” proqramın yeni versiyalarına köhnə versiya proseslərini bağlamağa və "URL” sorğularını yaratmağa imkan verən lokal “НТТР” serverini quraşdırır. Həmçinin təsadüfi “ТСР” çıxışlarında daxil olan bağlantıları “dinləyən” internet serveri işə salınır.
 
Daha sonra virus yoluxdurulmuş qurğu barədə informasiyanın (o cümlədən login və parol) odluğu “НТТР” sorğusunu cinayətkarların komanda serverinə göndərir.
 
“Eset” mütəxəssisləri qeyd edir ki, hazırda “Rakos” mühafizə olunmayan qurğulardan ibarət “botnet” yaradır və pisniyyətli fəaliyyət üçün istifadə edilmir. Lakin ekspertlər gələcəkdə “DDoS” hücumlarının həyata keçirilməsini və “spam”ın göndərilməsini mümkün sayırlar. Bundan başqa, proqramın uğursuz eksperimentin nəticəsi olması ehtimal edilir.  

18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.