“Elektron hökumət” portalına daha bir xidmət əlavə edilib

“Elektron hökumət” portalına daha bir xidmət əlavə edilib
13 Dek 2016 16:00

“Elektron hökumət” portalına daha bir qurum qoşulmaqla öz xidmətini istifadəçilərin ixtiyarına verib.

Məlumat Hesablama Mərkəzindən Trend-ə verilən məlumata görə, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin “Alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu” adlı yeni elektron xidməti portala inteqrasiya edilib.

Xidmətdən istifadə edən hüquqi və ya fiziki şəxs elektron formada müraciət etməklə, fəaliyyətinə xüsusi icazə ala bilər. Xüsusi icazə alternativ enerji əsasında istehsal olunan bütün növ istilik və elektrik enerjisi, su enerjisi, külək enerjisi, günəş enerjisi, biokütlə enerjisi, geotermik enerji, gücü 50 kilovatdan 10 000 kilovata qədər olan kiçik su elektrik stansiyası, külək elektrik stansiyası əsasında enerji alınması üçün nəzərdə tutulan obyektlərin (qurğuların) layihələndirilməsi, tikintisi və istismarı ilə məşğul olmaq istəyən hüquqi və ya fiziki şəxslərə verilir.

Xidmət qeydiyyatlıdır və ondan istifadə etmək istəyən sahibkar elektron imza ilə portaldan qeydiyyatdan keçdikdə anketdə şəxs haqqında tələb olunan informasiyalar avtomatik qeyd edilir.

Müvafiq fəaliyyətə xüsusi icazə almaq istəyən hüquqi və ya fiziki şəxsin ərizəsi elektron imza ilə imzalanır.

Sonra isə müraciət edən şəxs aşağıda göstərilən sənədləri elektron formada yükləyərək quruma göndərir:

- “Ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənədin surəti”
- “Ərizədə qeyd olunan ərazi və ya obyekt (qurğu) üzrə ərizəçinin istifadə hüququnu (mülkiyyət, icarə, istifadə hüququ) təsdiq edən sənədin surəti”,
- “Ərizəçinin müvafiq işləri aparmaq üçün maddi-texniki bazaya və lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növü üzrə mütəxəssislərin və işçi heyətinin müvafiq ixtisasa malik olmaları haqqında sənədin surəti”
- “Obyektin (qurğunun) tikiləcəyi ərazi ilə bağlı icra hakimiyyəti orqanının rəyi”
- “Layihə”


23 Yan 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “2022-ci ildə ÜDM 2021-ci ilə nisbətən 4,6% artıb” - FOTO

“Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dinamikasında müsbət meyillər davam edir”.

16 Yan 2023
İqtisadiyyat

Avro bahalaşdı, rubl ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

6 Yan 2023
İqtisadiyyat

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət"də dəyişdirə biləcək

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət" mərkəzlərində dəyişdirə biləcəklər.

6 Yan 2023
İqtisadiyyat

Özbəkistan “Bakı Limanı”nın imkanlarından istifadə etməyi planlaşdırır

Özbəkistan Baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri Cəmşid Xocayev Azərbaycanda səfəri çərçivəsində Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin rəhbərliyi ilə görüşlər keçirib.

6 Yan 2023
İqtisadiyyat

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 6 yanvar tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.