Bu ilin ilk yarısında “Dəmirbank” ASC-nin işçilərinin sayı təxminən 22% azalıb. Bu barədə agentlik Banka istinadən xəbər verir.
Məlumata görə, iyulun 1-nə “Dəmirbank”ın işçilərinin sayı 787 olub. Bu isə yanvarın 1-i ilə müqayisədə 221 nəfər azdır.
Bankın işçi heyətinin kiçilməsi əsasən onun üç filialı – “Bakıxanov”, “İçəri Şəhər” və “Xırdalan” filiallarının bağlanması ilə əlaqədardır.
Xatırladaq ki, “Dəmirbank” 1989-cu ildə “Azərdəmiryolbank” adı ilə yaradılıb, 2009-cu ildə rebrendinq aparılıb. Onun nizamnamə kapitalı 21 mln. manatdır. Bankın səhmlərinin 25%-i Avropa Yenidənqurma və İnkişaf Bankına, (EBRD), 10%-i Hollandiya İnkişaf Maliyyə Şirkətinə (FMO), 0,25%-i 16 hüquqi şəxsə, 19,72%-i Rəhman Hacıyevə (Müşahidə Şurasının sədri), 9,65%-i Əsabəlı Hacıyevə, 5,45%-i Roman Əmircanova (Bankın İdarə Heyətinin sabiq sədri), 5,3%-i Səkinə Hacıyevaya, 5,3%-i Könül Hacıyevaya, 19,33%-i isə digər 810 fiziki şəxsə məxsusdur.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb.
Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.
“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.
Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.