“Daşkəsən Filizsaflaşdırma” ASC-nın dövlət səhmlərinin satışı ilə əlaqədar investisiya müsabiqəsi davam edir

“Daşkəsən Filizsaflaşdırma” ASC-nın dövlət səhmlərinin satışı ilə əlaqədar investisiya müsabiqəsi davam edir
12 2017 10:10

“Azərbaycan Respublikasının metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2198 nömrəli Sərəncamının icrası ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən “Daşkəsən Filizsaflaşdırma” ASC-nin dövlətə məxsus səhmlərinin investisiya müsabiqəsi vasitəsilə satışı ilə əlaqədar zəruri işlər davam etdirilir.

ƏMDK-dan AZƏRTAC-a bildirilib ki, müsabiqənin dövlətin strateji maraqlarına uyğun və daha səmərəli keçirilməsi məqsədilə “KPMG Azerbaijan Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi açıq tender əsasında məsləhətçi qismində cəlb edilib. Satılan səhm zərfinin beynəlxalq standartlara uyğun qiymətləndirilməsi aparılıb, gələcək iqtisadi faydaların əldə edilməsi ilə müəyyən edilən investisiya dəyəri çıxarılıb. Mövcud qanunvericiliyə uyğun yaradılmış təşkilatlararası müsabiqə komissiyası (İqtisadiyyat, Maliyyə, Ədliyyə, Vergilər, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Maliyyə Bazarlarına Nəzarət Palatası, Əmlak Məsələləri Dövlət Komitəsi, Daşkəsən Rayon İcra Hakimiyyəti) tərəfindən məsləhətçi şirkətinin tövsiyələri nəzərə alınmaqla, potensial iddiaçılar qarşısında qoyulacaq əsas şərtləri əks etdirən investisiya müsabiqəsi haqqında elan Azərbaycan və ingilis dillərində kütləvi informasiya vasitələrində (o cümlədən, elektron) dərc edilib.

Prosesə strateji investorların cəlb edilməsi məqsədilə regionda və dünyada tanınan metallurgiya şirkətlərinə ünvanlı müraciətlər göndərilib və onlar investisiya müsabiqəsində iştiraka dəvət olunublar. Bu günədək komitə tərəfindən 40-dan artıq polad istehsal edən şirkətlərlə təmaslar qurulub, maraq göstərən potensial investorlara məlumatlar təqdim olunaraq onların sualları cavablandırılıb. Eyni zamanda, layihə haqqında ABŞ, Türkiyə, Gürcüstan və digər ölkələrin şirkətlərinə müxtəlif beynəlxalq konfrans və biznes forumlarda ətraflı təqdimatlar edilib.

Ayrı-ayrı nüfuzlu layihə institutları və konsaltinq şirkətlərinin müxtəlif vaxtlarda apardıqları tədqiqatlara əsasən, ildə bir milyon ton polad məhsullarının istehsalı məqsədilə ölkəmizdə xammaldan son məhsula qədər istehsal zəncirinə daxil olan zavodların inşası və avadanlıqla təminatı üçün minimum 600 milyon ABŞ dolları məbləğində kapital qoyuluşu tələb olunur. Məhz buna görə, ölkənin strateji aktivi hesab olunan “Daşkəsən Filizsaflaşdırma” ASC-nin bazasında idxalı əvəz edən əlavə dəyərli son məhsulların istehsalını təmin edəcək investisiya proqramı üçün potensial iddiaçılar qarşısında həmin məbləğdə investisiya qoyuluşları şərtinin müəyyən edilməsi məqsədəuyğun hesab edilib.

İnvestorun ciddiliyini və kifayət qədər maliyyə imkanlarına malik olmasını təsdiq etmək baxımından müsabiqənin ilkin şərtlərindən biri kimi, 5 il ərzində icra olunacaq layihənin ümumi investisiya məbləğinin 10 faizi (100 milyon manat və ya ABŞ dollarının cari kursu ilə təqribən 60 milyon ABŞ dolları) məbləğində dövlət büdcəsinə hissələrlə ödəniş etməsinə dair öhdəlik götürməsi müəyyən olunub.

Beynəlxalq standartlara əsasən aparılan qiymətləndirmə zamanı 2017-ci il üçün 62 faizlik dəmir filizi konsentratının proqnoz qiyməti 48 ABŞ dolları götürülsə də, hazırda dünya bazarlarında konsentrat qiymətləri 82 ABŞ dollarına qədər bahalaşıb. Buna baxmayaraq, layihənin özəlləşdirmə cəlbediciliyini qorumaq üçün müsabiqə komissiyası tərəfindən dövlət büdcəsinə ödənişin məbləği hələlik artırılmadan saxlanılması qərara alınıb, bu qiymətin kəskin artacağı halda isə büdcə ödənişinə yenidən baxılması məqsədəuyğun hesab edilib. Xatırladaq ki, 2012-2013-cü illərdə dünya bazarlarındakı qiymətlər 136 ABŞ dollarınadək yüksəlib.

Dəmir filizi ehtiyatlarının həcmi 270 milyon ton olan “Daşkəsən Filizsaflaşdırma” ASC-ni özəlləşdirməklə, onun mədənlərindən istifadə hüququnu əldə edəcək investorun gələcək pul axınlarının geriyə doğru diskontlaşdırılmış indiki dəyəri nəzərə alınarsa, investor qarşısında qoyulan şərtlərin ədalətli və əhəmiyyətli dərəcədə güzəştli olduğu hesab edilə bilər.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.