Azərbaycanın premium kinoteatrı “CinemaPlus Ganjlik Mall”da Ümummilli lider Heydər Əliyevin 94 illik yubileyi münasibətilə “Tale” qısametrajlı sənədli filminin nümayişi keçiriləcək.
Oxu.Az xəbər verir ki, “Tale” filmi Vaqif Mustafayevin dahi lider haqqında çəkdiyi beşinci filmdir.
Filmdə 1985-1993-cü illərdə Prezidentin həyatında baş vermiş hadisələr əks olunur. Heydər Əliyev özü həyatının çətin illəri haqqında danışır.
Film 10 may saat 11:00-da nümayiş olunacaq. Giriş sərbəstdir.
Bu gün SSRİ Xalq artisti, mərhum müğənni Rəşid Behbudovun anım günüdür.
Azərbaycan bu gün Ukraynaya daha bir humanitar yardım partiyası göndərir.
“2018-2022-ci illər ərzində ölkəmizin qeyri-neft və qaz ixracı həm faktiki qiymətlərlə, həm də real ifadədə artaraq 1,72 milyard dollardan 3,05 milyard dollara çatıb”.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində şəxsi heyətin xidməti və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir, müasir standartlara cavab verən yeni inşa edilmiş hərbi obyektlər istifadəyə verilir.