“Caspian Euopean Club” və “American Club”un tədbirlər planı təsdiqlənib

“Caspian Euopean Club” və “American Club”un tədbirlər planı təsdiqlənib
07 2017 15:12

“Caspian European Club” (“Caspian Business Club”) və “Caspian American Club”un İdarə Heyəti tərəfindən 2017-ci ilin tədbirlər planı təsdiqlənib və rəsmi saytda (www.caspianenergy.org) dərc olunub.

Bu barədə AZƏRTAC-a “Caspian European Club” və “Caspian American Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

O deyib ki, təsdiqlənmiş proqrama müvafiq olaraq, hər ayın üçüncü çərşənbə günü CEO Lunch keçiriləcək. CEO Lunch çərçivəsində hökumətin iqtisadi blokunu təmsil edən dövlət qurumlarının başçıları, diplomatik nümayəndəliklərin rəhbərləri, CEİBC-nin üzv şirkətlərinin top-menecerləri arasında qeyri-rəsmi ünsiyyət təşkil olunacaq. İlk CEO Lunch fevralın 15-də keçiriləcək.

“Caspian Energy Forum” çərçivəsində iqtisadiyyatın müxtəlif sahələri üzrə xüsusi sessiyalar keçiriləcək. Mənzil inşasına həsr olunmuş birinci sessiya martın 1-də Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyevin iştirakı ilə təşkil olunacaq.

T.Əliyevin sözlərinə görə, CEIBC-nin üzv şirkətləri üçün bu il ilk dəfə olaraq martın 15-də və dekabrın 20-də müvafiq olaraq “NOVRUZ PARTY” və “NEW YEAR PARTY” təşkil ediləcək. Eyni zamanda, “SUMMER WEEKEND” çərçivəsində qolf üzrə “Caspian Energy Cup”, “Caspian Energy Short Film Festival”, həmçinin radioidarəedilən təyyarə və avtomobillər arasında “Caspian Energy Qran-pri”nin keçirilməsi planlaşdırılır.

O qeyd edib ki, CEIBC-nin üzv şirkətləri üçün vergi, gömrük, əmək və miqrasiya hüququ, marketinq, brend-menecment, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları, HR, korporativ idarəetmə və inkişafın digər istiqamətləri üzrə hər ay ödənişsiz seminarlar təşkil olunacaq. Növbəti seminar “Şirkətin məqsədləri və insan resurslarının strateji rolu” mövzusunda “Barattson School of Business and Finance” tədris mərkəzinin nümayəndəsi Orxan İsayev tərəfindən fevralın 22-də keçiriləcək.

Klubun 15 illik yubileyi və “Caspian Energy” jurnalının 100-cü yubiley nömrəsinin çapı ərəfəsinə təsadüf edən 4-cü Beynəlxalq “Caspian Energy Forum Baku – 2017” çərçivəsində xeyli sayda əcnəbi spikerlərin iştirakı gözlənilir. Hazırda dünyanın 17 ölkəsindən 300 nümayəndə qeydiyyatdan keçib.

Biznes-hökumət dialoqunun təşkili üzrə ənənəvi biznes-forumların və “dəyirmi masa”ların təşkili ilə bağlı iş canlandırılacaq. Forumların işi zamanı CEIBC-nin üzv şirkətlərinin top-menecerləri, hökumətin iqtisadi blokunu təmsil edən sahə nazirliklərinin və qurumlarının rəhbərləri biznes və investisiya mühitinin gələcəkdə də yaxşılaşmasına yardım edəcək problem, təklif və sualları müzakirə edəcəklər.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.