“Cashback” xidmətinə qoşulanların sayı artır

“Cashback” xidmətinə qoşulanların sayı artır
15 2017 11:47

2017-ci il yanvarın 1-dən qüvvəyə minmiş “Nağdsız hesablaşmalar haqqında” Qanun ölkə iqtisadiyyatında şəffaflığın artırılması, maliyyə intizamının gücləndirilməsi və vergitutma bazasının genişləndirilməsi məqsədilə nağdsız əməliyyatların stimullaşdırılması və nağd əməliyyatların məhdudlaşdırılması istiqamətində ardıcıl işlər həyata keçirmək üçün güclü hüquqi bazanı təmin edir.

AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, qanunun tətbiqindən irəli gələn bir sıra məsələlərin həlli ilə əlaqədar banklar nağdsız ödənişlərin stimullaşdırılması üçün müştərilərə müxtəlif bank məhsulları təqdim etməyə başlayıb. Nağdsız ödənişlərin stimullaşdırılmasına xidmət edən layihələrdən biri də “Cashback” xidmətidir. Azərbaycanın 10-a yaxın bankı ilə “Visa” və “MasterCard”ın birgə təşkil etdiyi bu xidmət növü bank kartları vasitəsilə nağdsız alış-verişi təmin edir.

Azərbaycanda “Cashback” xidmətinin tətbiqi 2-3 il əvvələ təsadüf etsə də, 2017-ci ildən bu xidmətə qoşulan bankların, eləcə də prosesdə iştirakçı olan partnyor şirkət və mağazaların sayı artmağa başlayıb.

Bu xidmət növü bank kartlarına sahib olan müştərilərin nağdsız qaydada alış-veriş etdikləri zaman xərclənmiş pulların bir hissəsinin onların kart hesabına geri qaytarılmasıdır. Xidmətdən istifadə edən müştərinin “Cashback” məbləği xüsusi hesabda toplanır. Bu, bir növ, nağdsız ödəniş zamanı xərclənmiş vəsaitin məbləğinə uyğun pul bonusunun toplanması deməkdir. Geri qaytarılan vəsaitin həcmi hər bankın özünün müəyyən etdiyi faiz dərəcəsinə uyğun təyin olunur. Həmin məbləğ xərclənmiş vəsaitin təxminən 12-15 faizinə bərabərdir.


23 Yan 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “2022-ci ildə ÜDM 2021-ci ilə nisbətən 4,6% artıb” - FOTO

“Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dinamikasında müsbət meyillər davam edir”.

16 Yan 2023
İqtisadiyyat

Avro bahalaşdı, rubl ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

6 Yan 2023
İqtisadiyyat

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət"də dəyişdirə biləcək

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət" mərkəzlərində dəyişdirə biləcəklər.

6 Yan 2023
İqtisadiyyat

Özbəkistan “Bakı Limanı”nın imkanlarından istifadə etməyi planlaşdırır

Özbəkistan Baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri Cəmşid Xocayev Azərbaycanda səfəri çərçivəsində Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin rəhbərliyi ilə görüşlər keçirib.

6 Yan 2023
İqtisadiyyat

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 6 yanvar tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.