“British Airways” şirkətinin əməkdaşları fevral ayında yenidən tətil etməyi planlaşdırırlar. Şirkətin üç min əməkdaşının üzv olduğu “Unite” həmkarlar ittifaqı bildirib ki, etiraz aksiyaları fevralın 5-dən 11-dək davam edəcək.
Həmkarlar ittifaqının “British Airways”in rəhbərliyinə ünvanladığı məktubda deyilir: “Sizin əməkhaqqı ilə bağlı bizim üzvlərlə razılığa gəlməməyiniz və eyni zamanda, tətillərə imkan verməmək üçün milyonlarla funt sterlinq xərcləməyiniz göstərir ki, əslində ödəməyə pul var. Etiraf etməlisiniz ki, başqa yolla getmək mümkündür. Biz masa arxasında oturub danışıqlar aparmağı təklif edirik”.
Məktubda bildirilir ki, razılıq əldə olunmayacağı təqdirdə tətillər mart ayında da keçiriləcək.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Baku TV-yə müsahibə verib.
ABŞ Prezidenti Co Bayden Rusiya Federasiyasına qarşı sanksiyaların tətbiq edilməsi barədə fərman imzalayıb.
İran İslam Respublikasının Prezidenti Həsən Ruhani hökumətin son 100 gündə hədəflərinin koronavirusu diz çökdürmək və embarqoları qırmaq olduğunu deyib.