Böyük Britaniyanın Baş naziri Tereza Mey ölkəsinin Avropa İttifaqının tərkibindən çıxması prosedurunun yaxın iki həftədə rəsmən işə salınacağını bildirib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Kardiffdə hakim Mühafizəkarlar Partiyasının yaz qurultayında çıxış edən Tereza Mey deyib: “Növbəti iki həftə ərzində biz 50-ci maddəni (Avropa İttifaqı haqqında Lissabon sazişini) hərəkətə gətirəcək və Krallığın Avropa İttifaqından çıxmasını təmin etmək üçün danışıqlara başlayacağıq”.
“Biz Avropa üçün düzgün sövdələşməyə nail olacağıq”, - deyə hökumətin başçısı vəd edib.
Xatırladaq ki, martın 13-də Britaniyanın Lordlar və İcmalar palataları “Brexit” proseduru barədə qanun layihəsini razılaşdırıblar. Ötən cümə axşamı isə Böyük Britaniya kraliçası II Elizabet layihəni təsdiqləyib və bununla da sənəd qanun qüvvəsi alıb.
London və Brüsselin “Brexit”in şərtləri barədə danışıqları azı iki il davam edəcək. Beləliklə, Böyük Britaniyanın 2019-cu ilin yazında Avropa İttifaqının tərkibindən çıxması gözlənilir.
Türkiyədə 2022-ci ildə kitabxanaların sayı 43,4% artaraq, 49 min 537-ə çatıb.
Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.
Peruda ilin əvvəlindən bəri ölkədə “denge” qızdırmasından 201 nəfər həyatını itirib.