İspaniya “Barselona”sının sabiq prezidenti Xuan Qaspar, Kataloniya klubu futbol üzrə Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsinə vəsiqə qazanacağı təqdirdə, Aralıq dənizində üzəcəyinə dair verdiyi sözü yerinə yetirib.
Oxu.Az xəbər verir ki, bu barədə Report “Marca”ya istinadən məlumat verir.
Məlumata əsasən, 73 yaşlı sabiq funksioner “Barselona”nın 1/8 final mərhələsinin ilk oyununda Fransada PSJ klubuna 4 cavabsız qolla uduzmasına rəğmən, evdə 6:1 hesabı ilə qalib gələrək mərhələ adlamasından sonra bu addımı atıb.
X.Qaspar bildirib ki, su soyuq olsa da, vədinə əməl etməyi lazım bilib. Onun sözlərinə görə, matçın 62-ci dəqiqəsində PSJ-nin hücumçusu Edinson Kavan hesabı 3:1 etdikdə “Barselona"nın ÇL-lə vidalaşacağını düşünüb: "Su soyuq idi. Ancaq söz vermisənsə, tutmalısan. Kavani qol vurandan sonra düşündüm ki, artıq tapşırığın öhdəsindən gəlmək olmayacaq. Lakin futbol belədir”.
Qeyd edək ki, Xuan Qaspar 2000 - 2003-cü illərdə “Barselona”nın prezidenti olub.
Rusiyanın paytaxtı Moskvada peşəkar pankrationçular arasında beynəlxalq turnirdə iki kütləvi dava başa verib.
Azərbaycanın daha 2 taekvondoçusu bu gün Böyük Britaniyanın Mançester şəhərindəki Avropa çempionatında mübarizəyə başlayacaq.
"Forbes" jurnalı dünyanın ən bahalı futbol klublarının yeni reytinq siyahısını tərtib edib.