“Barselona”dan futbol tarixində görünməmiş qələbə – Bunu ancaq katalonlar bacarardı

“Barselona”dan futbol tarixində görünməmiş qələbə – Bunu ancaq katalonlar bacarardı
09 2017 08:57

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları davam edir.

Avropa.info  xəbər verir ki, 1/4 finalın daha iki iştirakçısının adı məlum olub.

Parisdə gözlənilmədən PSJ-yə 0:4 hesabı ilə uduzan “Barselona” bu dəfə rəqibi ilə “Nou Kamp”da qarşılaşıb. Kataloniyalılar ilk görüşdəki ağır məğlubiyyətin əvəzini çıxmağa çalışıb. “Barsa” ikinci hissənin əvvəlində 3:0 hesabı ilə önə keçsə də, Kavaninin qolu meydan sahiblərinin ümidinin üstündən xətt çəkib. Lakin görüşün sonluğu inanılmaz alınıb. Hakimin matçın sonuna əlavə etdiyi dəqiqələrdə 2 qol vuran Luis Enrikenin komandası 6:1-lik fantastik qələbə qazanıb.

Günün digər qarşılaşmasında isə “Benfika” Dortmund “Borussiya”sının qonağı olub. Portuqaliyada keçirilən ilk görüşdə “Benfika” 1:0 hesabı ilə qalib gəlsə də, 1/4 finala adlayan tərəf almanlar olub. Rəqibin qapısından 4 cavabsız qol keçirən “Borussiya” mübarizəni davam etdirir.

Çempionlar Liqası

1/8 final mərhələsi, cavab oyunları

8 mart

“Barselona” (İspaniya) – PSJ (Fransa) 6:1
Qollar: 
Suarez, 4 (1:0), Kurzava, 40-avtoqol (2:0), Messi, 48-pen (3:0), Kavani, 62 (3:1), Neymar, 88 (4:1); 90-pen (5:1), S. Roberto, 90+5 (6:1)
İlk oyun – 0:4

“Borussiya” (Dortmund, Almaniya) – “Benfika” (Portuqaliya) 4:0
Qollar: 
Aubameyanq, 4, Pulisiç, 59, Aubameyanq, 61; 80
İlk oyun – 0:1


7 mart

“Arsenal” (İngiltərə) – “Bavariya” (Almaniya) – 1:5
İlk oyun
 – 1:5

“Napoli” (İtaliya) – “Real” (İspaniya) – 1:3
İlk oyun
 – 1:3

14 mart

23:45. “Yuventus” (İtaliya) – “Portu” (Portuqaliya)
İlk oyun 
– 2:0

23:45. “Lester” (İngiltərə) – “Sevilya” (İspaniya)
İlk oyun
 – 1:2

15 mart

23:45. “Monako” (Fransa) – “Mançester Siti” (İngiltərə)
İlk oyun 
– 3:5

23:45. “Atletiko” (İspaniya) – “Bayer Leverkuzen” (Almaniya)
İlk oyun
 – 4:2


19 Avq 2022
İdman

Azərbaycan Premyer Liqası: Üçüncü tur autsayderlərin dueli ilə başlayır - AFİŞA

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start veriləcək.

3 Avq 2022
İdman

Azərbaycan millisi AVRO-2023-ə Bakıda start verir

Bu gün kişi voleybolçulardan ibarət Azərbaycan millisi 2023-cü il Avropa çempionatının təsnifat mərhələsində ilk rəsmi matçını keçirəcək. 

3 Avq 2022
İdman

Daha dörd ölkə DÇ-2030-a namizədliyini irəli sürüb

Uruqvay, Argentina, Çili və Paraqvay 2030-cu il dünya çempionatına birgə namizədliyini irəli sürüb.

3 Avq 2022
İdman

PSJ-nin futbolçusu "Roma" ilə müqavilə imzalayıb

Fransanın “Paris Sen-Jermen” klubunun və Niderland millisinin yarımmüdafiəçisi Corcinyo Veynaldum karyerasını İtaliyanın “Roma” futbol klubunda davam etdirəcək.

3 Avq 2022
İdman

Çempionlar Liqası: Bu gün daha 5 oyun keçiriləcək

Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk matçlarına yekun vurulacaq.