Martın 2-də futbol üzrə İspaniya çempionatının 25-ci turu çərçivəsində bir neçə oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, turun ən maraqlı hadisəsi “Barselona”nın liderliyi ələ keçirməsi olub. “Barselona” “Nou Kamp”da qəbul etdiyi “Sportinq Xixon”u 6:1 hesabı ilə darmadağın edərək xallarının sayını 57-yə çatdırıb.
“Real Madrid” isə “Santyaqo Bernabeu”da “Las Palmas” klubunu qəbul edib. “Real”ın asan qələbə qazanacağı gözlənilsə də, ilk hissə 1:1 hesabı ilə başa çatıb. İkinci hissənin əvvəlində madridlilərin heyətində Qaret Beylin qırmızı vərəqə alaraq meydanı tərk etməsindən sonra ev sahibləri qapılarında daha iki qol görüblər. “Real Madrid” yalnız qarşılaşmanın sonuna yaxın vurduğu iki qolla hesabı bərabərləşdirib – 3:3.
“Real”ın doğma meydanda xal itirməsindən sonra “Barselona” liderliyi ələ keçirib. “Real” 56 xalla ikinci sırada olsa da, “Barselona”dan bir oyun az keçirib.
Tur çərçivəsində günün digər oyunlarında isə aşağıdakı hesablar qeydə alınıb:
“Malaqa” 1-2 “Real Betis”
“Valensiya” 1-0 “Leqanes”
“Osasuna” 1-4” “Vilyarreal”
“Selta de Viqo” 2-2 “Espanyol”
“Qranada” 2-1 “Deportivo Alaves”.
"Forbes" jurnalı dünyanın ən bahalı futbol klublarının yeni reytinq siyahısını tərtib edib.
Almaniyanın "Ayntraxt" (Frankfurt) və Şotlandiyanın "Reyncers" komandaları arasında keçirilmiş UEFA Avropa Liqasının final matçından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər bəlli olub.
UEFA Avropa Liqasında 2021/2022 mövsümünün qalibi bəlli olub.