Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparan Bakının “Azərreyl” klubunun növbəti oyununun hakimləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Voleybol Mərkəzində Fransanın “Sen-Rafael” komandasını qəbul edəcək “Azərreyl”in görüşündə baş hakim isveçrəli Kristian Volf olacaq. Ona həmkarı İqor Porvaznik (Slovakiya) kömək edəcək.
Qeyd edək ki, fevralın 9-da keçiriləcək görüş saat 18:00-da başlayacaq.
5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə Gənclər və İdman Nazirliyi daha 21 nəfəri təltif edib.
Azərbaycan milli komandasının daha bir yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşib.
Bu il keçiriləcək “Formula-1” üzrə dünya çempionatında bir sıra dəyişikliklər olacaq.